05:25 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9335
DÇ-2018, Danimarka-Avstraliya, Yusuf Poulsen və Əziz Behiç

DÇ-2018: Danimarka növbəti mərhələnin bir addımlığında

© Sputnik / Максим Блинов
İDMAN
Qısa URL
Futbol üzrə dünya çempionatı (90)
38 0 0

Danimarka yığması iki oyundan sonra 4 xal toplayaraq növbəti mərhələyə bir addım da yaxınlaşıb

BAKI, 21 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında C qrupunda yarışan Danimarka və Avstraliya milliləri Samarada üz-üzə gəliblər.

Oyun danimarkalıların hücumları ilə başlayıb. Artıq 7-ci dəqiqədə Yorgensenin ötürməsindən sonra Eriksen qüvvətli zərbə ilə topu qapıya yönəldib — 1:0. Bundan sonra danimarkalıların nailiyyəti artırmaq cəhdləri nəticə verməyib. Əvəzində 39-cu dəqiqədə avstraliyalılar penalti vurmaq hüququ qazanıblar. Bu penalti videotəkrarın köməyi ilə verilib. Yedinak dəqiq zərbə ilə topu Şmeyxelin qoruduğu qapıdan keçirib — 1:1. Birinci hissə bu hesabla sonuclanıb.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Lakin komandalar hesabı dəyişə bilməyiblər — 1:1.

Beləliklə, iki turdan sonra Danimarka 4, Avstraliya isə 1 xal toplayıb.

Bu qrupdakı turun digər görüşü Fransa və Peru yığmaları arasında olacaq. Birinci turdan sonra Danimarka və Fransanın hərəyə 3 xalı var idi. Peru və Avstraliya ilk görüşdə məğlub olmuşdular.

Mövzu:
Futbol üzrə dünya çempionatı (90)

Əlaqədar

Avropa komandalarının daha bir uğuru
Avropa yenə də Cənubi Amerikaya qalib gəldi
Daha bir Afrika millisindən uğursuz start
DÇ-2018: Rusiya tarixində ilk dəfə 1/8 finalda
DÇ: Rusiya rəqibini darmadağın etdi
Teqlər:
Futbol üzrə dünya çempionatı, 2018-ci il dünya çempionatı, Yedinak, Eriksen, Yorgensen, Rusiya, Samara, Avstraliya, Danimarka, Peru, Fransa

Əsas mövzular