Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

DÇ-2018: Bu gün hansı oyunlar keçiriləcək

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidDünya çempionatı, Argentina-İslandiya görüşü
Dünya çempionatı, Argentina-İslandiya görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün həm də 2-ci turun ilk oyunu keçiriləcək

BAKI, 19 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün ilk turun son 2 görüşü baş tutacaq.

Sputnik Azərbaycan xəbər verir ki, H qrupunda Kolumbiya yığması Yaponiya millisi ilə üz-üzə gələcək. Oyunu sloveniyalı referi Damir Skomina idarə edəcək. Polşa millisi isə Seneqalla qarşılaşacaq. Görüşü bəhreynli hakim Navaf Şükrallaha idarə edəcək.

Bu gün həm də 2-ci turun ilk oyunu keçiriləcək. Çempionata Səudiyyə Ərəbistanı üzərində 5:0 hesablı qələbə ilə başlayan Rusiya millisi Misirlə qarşılaşacaq. Xatırladaq ki, Misir yığması ilk oyunda Uruqvaya məğlub olub. Oyun paraqvaylı referi Enrike Kaseresə tapşırılıb.

H qrupu

I tur

16:00. Kolumbiya — Yaponiya

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair)

Saransk, "Mordoviya Arena"

19:00. Polşa — Seneqal

Hakimlər: Navaf Şukrallah, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, "Spartak" stadionu

A qrupu

II tur

22:00. Rusiya — Misir

Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"    

Xəbər lenti
0