Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 2: İkinci yarışın qalibi bilindi

© Photo : TRENDПервые основные соревнования в классе FIA Formula-2 в Баку
Первые основные соревнования в классе FIA Formula-2 в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
“ART Grand Prix” komandasının pilotu George Russel bütün rəqiblərini üstələyərək qalib olub

BAKI, 29 aprel — Sputnik. Aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci əsas yarış keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Formula 2-də mübarizə aparan pilotlar 45 dəqiqə ərzində uzunluğu 6 kilometr olan Bakı trekində 21 dövrə vurublar.

“ART Grand Prix” komandasının pilotu George Russel bütün rəqiblərini üstələyərək qalib olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlamağı bacarıb. “Carlin” komandasının pilotu Serjio Sette Kamara yarışı ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü yerə sahib olub.

Qeyd edək ki, Bakıda Formula 2 üzrə birinci yarışda “Dams” komandasının pilotu Aleksander Albon qalib gəlib. O, 29 dövrənin yekununda 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in sürücüsü Antonio Fuoko üçüncü olublar.

Xəbər lenti
0