Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılarımız mötəbər yarışda öz güclərini sınayacaq

CC0 / Didgeman / SalzburgAvstriyanın Zalsburq şəhəri
Avstriyanın Zalsburq şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Karate1 Seria A turnirinin medalları uğrunda 88 ölkədən 1597 idmançı yarışacaq

BAKI, 1 mart — Sputnik. Milli komandanın əsas və əvəzedici heyətinin bir neçə üzvü 2-4 mart tarixlərində Avstriyada Seria A turnirində iştirak edəcək. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) Karate1 yarışlarından olan Zalsburq mərhələsində 8 idmançımız mübarizə aparacaq.

Qadınlardan Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də —67 kq), Samir Məmmədov (-75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq. Avstriyanın Zalsburq şəhərində Karate1 Seria A turnirinin medalları uğrunda 88 ölkədən 1597 idmançı yarışacaq.

Xəbər lenti
0