14:35 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Lənkəran taekvondoçuları daha bir uğura imza atıblar

İdmançılarımız İrandan zəfərlə döndülər

© Sputnik / Rahim Zakiroğlu
İDMAN
Qısa URL
99 0 0

"Yarışlara qatılan 13 idmançımızdan 10 nəfəri qızıl medal qazandı"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Lənkəran taekvondoçuları daha bir uğura imza atıblar. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, 12-14 fevralda İran İslam Respublikasının Astara şəhərində keçirilən II Beynəlxalq İdman Olimpiadasına qatılan Təhsil Respulika İdman Mərkəzinin Lənkəran Filialını təmsil edən taekvondoçular uğurla çıxış ediblər. Sözügedən Olimpiadaya cüdo, taekvondo və karatenin 2 növü üzrə idmançılar dəvət edilib. Olimpiadaya dəvət edilən Lənkəran Taekvondo Məktəbinin 13 nəfər yetirməsinin hamısı medal qazanıb.

Taekvondoçulardan 10 nəfəri- Məmmədov Gülağa, Əsədzadə Akif, Hüseynli Əli, Əlizadə İbrahim, Qurbanov Yusif, Babazadə Davud, Sultan Fərid, Əskərli Bahadır, Fərzullayev Kənan və Kərimli Soltanəli 1-ci yerə, Kərimzadə Hakim və Mehdizadə Fərhad 2-ci yerə və Heydərli Rəsul 3-cü yerə çıxıblar. Beləliklə, 13 idmançımızdan 10 nəfər qızıl medal, 2 nəfər gümüş medal 1 nəfər isə bürünc medal qazanıblar. Komanda hesabında da 1-ci yeri qazanan Lənkəran komandası uğurlu çıxışına görə komandanın məşqçiləri Vüqar Sultanov və Samir Cavadlı xüsusi diplomlarla təltif ediliblər.

Əsas mövzular