20:32 24 Noyabr 2017
Canlı yayım
Gəncə marafonunun qalibləri

“Gəncə Marafonu” gələcəkdə daha çox iştirakçını əhatə edəcək"

© Foto: AZƏRTAC
İDMAN
Qısa URL
63 0 0

Üzeyir Söyləməz: "Marafon çox yüksək səviyyədə təşkil edilmişdi"

BAKI, 17 sentyabr — Sputnik. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilən “Gəncə Marafonu-2017”nin qalibi, Türkiyə vətəndaşı Üzeyir Söyləməz jurnalistlərə müsahibəsində marafonun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Bundan əvvəl “Bakı Marafonu”nda iştirak etdiyini, ikinci yerə çıxdığını deyən Söyləməz Azərbaycan azarkeşlərinin idmana verdiyi dəstəyi çox yüksək qiymətləndirib.

Türkiyəli idmançı deyib: “Uzun illərdir qaçışla məşğul oluram və müxtəlif yarışlarda iştirak edirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Ümid edirəm ki, “Gəncə Marafonu” gələcəkdə daha çox iştirakçını əhatə edəcək. Türkiyəni təmsil edərək qardaş ölkədə bu marafona qatılmaq və qalib gəlmək mənim üçün çox qürurvericidi. Havanın isti olmasına baxmayaraq heç bir çətinlik hiss etmədim. Çünki marafon çox yüksək səviyyədə təşkil edilmişdi. Finiş xəttinə yaxınlaşdıqda hər kəsin alqışları ilə qarşılandım. Mənim Türkiyə vətəndaşı olduğumu bilərkən tamaşaçıların daha böyük sevincini hiss etdim. Bu cür səmimi və mehriban tamaşaçıları hər ölkədə görmək olmur. Bu gündən Gəncə mənə qalibiyyət bəxş edən, çoxlu dostlar qazandıran, eləcə də xatirələrimdə daim yaşayacaq əziz bir şəhərə çevrildi”.

Qeyd edək ki, saat 10:00-da Zəfər Tağı önündən start götürən marafonda iştirakçılar 17 kilometr məsafə qət ediblər. Yarışın finişi Heydər Əliyev Park Kompleksində olub. Yarışa respublikamızın bölgələrindən, həmçinin Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrdən, ümumilikdə, 11 mindən çox insan qatılıb.

Əsas mövzular