00:09 24 Sentyabr 2017
Canlı yayım
Zelim Kotsoyev

Azərbaycan idmançısı Arman Adamyanı yenərək çempion olub

© Foto: AZƏRTAC
İDMAN
Qısa URL
31 0 0

Azərbaycan idmançısı Rusiyanı təmsil edən erməniyə qalib gəldi

BAKI, 17 sentyabr — Sputnik. Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarşları başa çatıb. Mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.

Zelim Kotsoyev Arman Adamyana qarşı
Zelim Kotsoyev Arman Adamyana qarşı

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib. Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb.

Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin medalçıları
Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin medalçıları

Beləliklə, Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Millimiz kişilərin komanda yarışında birinci yeri tutub. Rusiya ikinci Almaniya komandası isə üçüncü olub.

Ümumi komanda yarışında isə millimiz ikinci pillədə qərarlaşıb.

Əlaqədar

Azərbaycanlı cüdoçu növbəti mərhələdə
Teqlər:
cüdoçu, Avropa çempionu, cüdo, Rusiya, idmançı, erməni, Arman Adamyan, Zelim Kotsoyev, Sloveniya

Əsas mövzular