05:42 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1810

Qadın idmançımız həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

BAKI, 24 iyul — Sputnik. Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.

Boks Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, "Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

Əlaqədar

Bu boksçularımız lisenziya qazandılar
Azərbaycanlı boksçu azarkeşlərə müraciət etdi
Boksda ilk qızıl medalımız gəldi
Bu boksçumuz da həlledici döyüşə vəsiqə qazanıb
Boks yığmamızın ilk medalının əyarı bilindi
Azərbaycanlı boksçu: "Bu, ağır döyüş idi"
Teqlər:
yığma, yarış, boks, Dağıstan

Əsas mövzular