08:46 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
İDMAN
Qısa URL
17 0 0

İdmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır

BAKI, 10 iyul — Sputnik. Velosiped idmanının şosse növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar Azərbaycan yığma komandalarının üzvləri üçün növbəti reytinq xalları ilə əlamətdar olub — idmançılarımız bu yarışlarda üst-üstə 33 xalı əldə ediblər.

Velosiped Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İtaliyada qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci "Giro d'Italia Internazionale Femminile" 10 mərhələli Dünya Turu yarışında Qazaxıstanın "Astana" klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reytinq xalı əldə edib. 1-ci mərhələdə komanda ötüşməsində 7-ci olan Pavluxinanın qazancı 10 xal olub. 10 mərhələnin yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıb.

Belarusun paytaxtı Minskdə təşkil olunan 1.2 kateqoriyalı birgünlük "Minsk Cup" yarışında isə ölkəmizin Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib — o 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib.

Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır.

Əsas mövzular