10:50 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
115110

Azərbaycanın olimpiya çempionu ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi

BAKI, 30 iyun — Sputnik. Güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan millisini tərk edəcəyi barədə məlumat yayılıb. Hətta Toğrulun Azərbaycandan incidiyi, idmançının maaşını vaxtında ala bilmədiyi üçün Türkmənistan Güləş Federasiyasından gələn daha yaxşı təklifə "hə" dediyi də bildirilir.

Firdovsi Umudov
© Wikipedia
Firdovsi Umudov

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Güləş Federasiyasının baş məşqçisi Firdovsi Umudovdan münasibət öyrənib. O bildirib ki, Toğrulun nə Azərbaycandan getməsinə kimsə imkan verər, nə də idmançımızın özü harasa gedər.

"Toğrul elə idmançı deyil ki, Azərbaycanı nəyəsə görə başqa ölkəyə dəyişsin. Fəxri qonaq kimi təbii ki, onu yarışlara dəvət edə bilərlər. Bu, o demək deyil ki, hər xarici yarışa fəxri qonaq kimi gedən idmançı ölkəni tərk etməlidir. Toğrul Azərbaycan bayrağı altında güləşib, qalib gəlməyi özünə fəxr bilir" – deyə baş məşqçi qeyd edib.

F. Umudov T. Əsgərovun səhhətində problem olduğunu da dilə gətirib: "Hal-hazırda Toğrul Əsgərov məşq etmir. Onun sağlamlığında problem var. Rio Olimpiadasından qayıdandan sonra idmançının boyun nahiyəsində – onurğa sütunu fəqərəsində ciddi zədə yarandı".

"O, bu zədə ilə məşq edə bilməzdi. İdmançı ciddi həkim nəzarəti altındadır. Zədə sinirə yaxın olduğu üçün əməliyyat çox təhlükəlidir. Əməliyyat zamanı sinirə toxunularsa, Toğrul ömürlük şikəst ola bilər" — baş məşqçi vurğulayıb.

Onun sözlərinə görə, federasiya rəhbərliyi idmançının sağlamlığı üçün çalışır: "Sadəcə düzgün müayinə aparmaq və düzgün iş üçün zaman lazımdır. Federasiya bu zədə haqqında Almaniyaya, Türkiyəyə məlumat göndərib və hal-hazırda müayinələr davam edir. Diqqətli olmaq lazımdır. Əsas idmançının sağlamlığıdır. Hər şey həkimin nə qərar verəcəyindən asılıdır".

Firdovsi Umudov bildirib ki, Toğrul özü tezliklə gəlib açıqlama verəcək: "Onun kimi idmançılar əsrdə tək-tək yetişir. Güləşi anlamayan, idmandan başı çıxan da, çıxmayan da nə gəldi, yazır. Öncə məlumatı dəqiqləşdirib, sonra yazmaq lazımdır. Məlumatı dəqiqləşdirmədən elə şişirdirlər ki, təki özlərinə mənfəət əldə etsinlər. Bu da yaxşı hal deyil".

Əlaqədar

Toğrul Əsgərov: "Özüm də anlamadım ki, necə oldu"
Toğrul Əsgərov Olimpiadanın gümüş medalını qazandı
Toğrul Əsgərov Olimpiadanın finalına çıxıb
Toğrul Əsgərov Olimpiadanın yarımfinalına yüksəlib
Teqlər:
Firdovsi Umudov, Toğrul Əsgərov, olimpiya çempionu, məşq, Azərbaycan Güləş Federasiyası, güləş, idmançı, Azərbaycan

Əsas mövzular