02:26 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Чемпионат Азербайджана по борьбе среди взрослых

Sərbəst güləş yığmamız bu mötəbər yarışda iştirak edəcək

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
21 0 0

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək

BAKI, 8 iyun — Sputnik. 10-11 iyun 2017-ci il tarixdə Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş yığmamızın üzvləri iştirak edəcək.

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirə 10 güləşçimiz yollanır. Heyətdə Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hamısı 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (hər ikisi 70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyev (hamısı 86 kq) yer alıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Əlaqədar

Sərbəst güləşçilərimizin uğurlu çıxışı
İki qızıl medal güləşçilərdən gəldi
Dünya Kuboku: Azərbaycan güləşçiləri Rusiya və Gürcüstanı məğlub ediblər
Teqlər:
Azərbaycan Güləş Federasiyası, Aleksandr Qostiyev, Vaqif Zeynallı, Mircəlal Həsənzadə, Coşqun Əzimov, Arif Abdullayev, Firdovsi Umudov, Tbilisi

Əsas mövzular