01:17 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Kişilərdən ibarət milli boks yığmasının üzvləri

Naxçıvanda beynəlxalq səviyyəli turnir keçiriləcək

© Photo : ABF mətbuat xidməti
İDMAN
Qısa URL
19 0 0

Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək

BAKI, 8 iyun — Sputnik. İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev kuboku-2017" beynəlxalq turnirinə start veriləcək. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək.

İyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.

Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.

Əlaqədar

Azərbaycanlı boksçu azarkeşlərə müraciət etdi
Boksda ilk qızıl medalımız gəldi
Bu boksçumuz da həlledici döyüşə vəsiqə qazanıb
Boks yığmamızın ilk medalının əyarı bilindi
Azərbaycanlı boksçu: "Bu, ağır döyüş idi"
Teqlər:
Avropa birinciliyi, Boks turniri, Vaqif Kazımov, Macarıstan, Ukrayna, Naxçıvan, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan

Əsas mövzular