13:40 24 Oktyabr 2017
Canlı yayım
Бакинский Олимпийский Стадион

Yığmamız İslamiadanın bu gününü 13 medalla başa vurub

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
32 0 0

Bununla, yığmamızın İslamiadadakı ümumi medal sayı 81-ə çatıb

BAKI, 16 may — Sputnik. Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 5-ci gününü 13 medalla başa vurub.

Sputnik Azərbaycan-ın məlumatına görə, idmançılarınız bu gün 8 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə ediblər.

Təmsilçilərimiz üzgüçülük, atletika, paraatletika, güllə atıcılığı və taekvondo yarışlarında mükafatçılar sırasına düşə bilib.

Bununla, yığmamızın İslamiadadakı ümumi medal sayı 81-ə çatıb. 41 qızıl, 24 gümüş və 16 bürünc medalı olan Azərbaycan millisi komanda hesabında 2-ci pillədə qalıb. Yarışda ən çox medal qazanan isə Türkiyə millisidir — 115 medal. Onlardan 43-ü qızıldır.

Əsas mövzular