07:28 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Baku 2017

IV İslam Həmrəyliyi Oyunlarını bu telekanallar yayımlayacaq

© Иллюстрация
İDMAN
Qısa URL
IV İslam Həmrəyliyi Oyunları (21)
101 0 0

IV İslam Həmrəyliyi Oyunlarını yayımlayacaq telekanalların adları açıqlanıb

BAKI, 12 apr — Sputnik. IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi yarışları 34 ölkənin tamaşaçılarına təqdim edəcək hüquq sahibləri ilə yayım razılıqlarını elan edib. Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, sövdələşməyə əsasən, hüquq sahibi olan bütün yayım şirkətləri oyunlarla əlaqədar yayım materiallarından eksklüziv istifadə hüququna malik olacaqlar. 

Onlar müvafiq olaraq, 12 may və 22 mayda Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış mərasimlərini, Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanı canlı yayımlaya, Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik, eləcə də Oyunlar haqqında iki saatlıq proqram hazırlaya bilərlər.

İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan səyahət adlı mərasimində iştirak edir
© Official website of President of Azerbaijan Republic

Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər. 

TV Media Sport (TVMS) Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri – Kot-d'İuvar (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavriki (MBC) və Burkina-Faso (RTB) Oyunlardan canlı yayımların və proqramların yayınlanması ilə bağlı öhdəlik götürüb.

“Bakı 2017” Əməliyyat Komitəsi eyni zamanda Türkiyənin aparıcı yayım şirkəti TRT ilə də razılıq müqaviləsi imzalayıb. Bununla da, 2021-ci ildə keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Türkiyə Bakıda keçiriləcək oyunları canlı izləmək imkanı əldə edəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 mayda Bakıda keçiriləcək.

Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)

Əlaqədar

İslam Həmrəyliyi Oyunlarının su səyahətinə start verilib
İslam Həmrəyliyi Oyunlarının yeni tərəfdaşı məlum oldu
IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri təqdim olundu
Teqlər:
Bakı Olimpiya Stadionu, IV İslam Həmrəyliyi Oyunları, Bakı 2017” Əməliyyat Komitəsi, Ərəb Dövlətlərinin Yayım Birliyi, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, Uqanda, Mavriki, Seneqal, Kamerun, Səudiyyə Ərəbistanı, Fələstin, Türkiyə, Azərbaycan

Əsas mövzular