09:29 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Mixal Noyvirt

Qapıçı oyun zamanı huşunu itirdi

İDMAN
Qısa URL
2412

Hadisə "Nyu-Cersi" ilə oyunda baş verib

BAKI, 2 apr — Sputnik. "Filadelfiya flayers" hokkey klubunun qapıçısı Mixal Noyvirt oyunun gedişində huşunu itirib.

Hadisə "Nyu-Cersi" ilə oyunda baş verib. Birinci hissənin ortalarında Noyvirt qəflətən yıxılıb.

Oyun dayandırılıb və Noyvirti həkimlər yoxlayıblar. Qapıçı özünə gəlib və meydançanı xərəkdə tərk edib. Onu xəstəxanaya aparıblar.

Görüşdə Noyvirti Entoni Stolars əvəz edib. Oyun "Filadelfiya"nın 3:0 hesabı ilə qələbəsilə başa çatıb.

"Filadelfiya"nın oyunçusu Cordan Uilin fikrincə, Noyvirt susuzluqdan huşunu itirə bilərdi.

Əsas mövzular