15:57 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2101

Fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans olacaq

BAKI, 13 fev — Sputnik. “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2017” mövzusunda Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq konfransda Formula-1 yarışına ev sahibliyi edən ölkələrdən nümayəndələr iştirak edəcəklər.  

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda Formula-1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Amerika Ticarət Palatası (AMCHAM) ilə birlikdə fevralın 15-də, Bakıda “Four Seasons” otelində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək. 

Bir gün davam edəcək konfransda Formula-1 Qran Prisi keçirən ölkələrdəki bu yarışın təşkilatçılarından yüksək səlahiyyətli şəxslərlə yanaşı Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin təmsilçiləri daxil olmaqla ümumilikdə 200-dək nümayəndənin iştirakı gözlənilir. Xarici ölkə təmsilçiləri tədbirdə çıxış edərək öz təcrübələrini yerli həmkarları ilə bölüşəcəklər. 

Konfransda BŞH-nın nümayəndələri ilə yanaşı dövlət rəsmiləri və iş dünyasının aparıcı nümayəndələri iştirak edəcəklər. Bundan başqa, 2017 Formula-1 Çempionatında yer alan digər yarışların, o cümlədən Rusiya, Abu-Dabi və Bəhreyn Formula-1 Qran Prilərinin təşkilatçıları konfransa qatılaraq beynəlxalq idman yarışlarına ev sahibliyindən əldə olunan faydalar haqqında müzakirə aparacaqlar. 

Bir günlük konfransda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, BŞH-ın Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai, Formula-1 Rusiya Qran Prisinin promouteri Sergey Vorobyev, F1 üzrə beynəlxalq məsləhətçi Riçard Kreqan, Bəhreyn Beynəlxalq Halqasının Əməliyyatlar üzrə direktoru Fayez Rəmzi Fayez, Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev, “Hilton Baku” hotelinin baş meneceri Todori Kalamaris, “Shah Palace” hotelinin baş meneceri Davut Furkan Emenin çıxışları nəzərdə tutulur. 

BŞH-nın icraçı direktoru Arif Rəhimov bildirib ki, Formula-1 yarışı Bakı və Azərbaycan üçün olduqca böyük önəmə sahibdir: 

“2015-ci ildə Avropa Oyunlarına uğurlu şəkildə ev sahibliyi etdikdən sonra Azərbaycanda yüksək səviyyədə təşkil olunan Formula 1 yarışı Bakını beynəlxalq miqyaslı idman yarışlarının mərkəzinə çevirib. Belə tədbirlərin keçirilməsinin ölkəyə faydaları çoxdur. Belə ki, bu tədbirlərin nəticəsində son illər Azərbaycana gələn turistlərin sayında böyük artım müşahidə olunur. Eyni zamanda mehmanxana sektorunda canlanma yaranıb və həmçinin bu yarışlar ölkəyə yeni xarici investisiyalar cəlb edib. Gələn həftə baş tutacaq konfransda xarici ölkələrdən yüksək rəsmilərin iştirakına görə olduqca şadıq və inanırıq ki, bu konfrans uğurla baş tutaraq ölkədə idman sektorunda yeni ənənə formalaşdıracaq”. 

Əlaqədar

“Formula-1” rəhbəri istefaya göndərilib
Formula 1 elçiləri ictimaiyyətə təqdim olundu
Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi
"Yerli əhaliyə Formula 1-i sevdirməyə çalışırıq"
Teqlər:
Four Seasons” oteli, Amerika Ticarət Palatası, İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans, Formula-1 yarışı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Sergey Vorobyev, Nazim Səmədov, Nigar Arpadarai, Riçard Kreqan, Davut Furkan Emen, İlqar Vəliyev, Fayez Rəmzi Fayez, Todori Kalamaris, Arif Rəhimov, Azad Rəhimov, Abu-Dabi, Bəhreyn, Rusiya, Azərbaycan, Bakı

Əsas mövzular