14:30 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
İDMAN
Qısa URL
73 0 0

Oyunun videosunda görünür ki, Kehill hakimə nəsə deyir və ondan sonra hakim təəccübünü gizlədə bilməyən futbolçuya qırmızı kart göstərir

BAKI, 5 fev — Sputnik. Avstraliyalı futbolçu, "Melburn Siti" klubunun hücumçusu Tim Kehill "Melburn Viktori"yə qarşı görüşdə hələ meydançaya çıxmamışdan qırmızı kart alıb.

İnsdident oyunun sonlarında, 37 yaşlı idmançı meydançaya çıxmağa hazırlaşarkən baş verib.

Oyunun 84-cü dəqiqəsinədək "Melburn Siti" hesabda 1:0 irəlidə olub. 84-cü dəqiqədə "Melburn Viktori" hesabı bərabərləşdirib. İki dəqiqə sonra isə "Siti"nin müdafiəçisi topu öz qapısına vurub. Bundan əvvəl yan hakim oyundankənar vəziyyət qeydə alsa da, əsas hakim onun qərarını ləğv edib və qol hesaba alınıb.

Bundan sonra meydançada vəziyyət gərginləşib. Oyunun videosunda görünür ki, Kehill hakimə nəsə deyir və ondan sonra hakim təəccübünü gizlədə bilməyən futbolçuya qırmızı kart göstərir.

Futbol üzrə Avstraliya yığmasının keçmiş oyunçusu Mark Bosniç Fox Sports-a Kehillə insident barədə danışdığını və sonuncunun hakimə ne dediyini öyrəndiyini bildirib. "Hehill hakimi böyük ekrana baxmağa çağırıb və baş verənlərin "donuzluq" olduğunu deyib və bundan sonra qırmızı kart alıb" — Bosniç deyib.

Əsas mövzular