21:35 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
26 0 0

İdmançılarımızın qazandıqları mükafatlara 2 qızl, 1 gümüş və 3 bürünc medal daxildir

BAKI, 26 sen — Sputnik. Azərbaycan karateçiləri Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti Premyer Liqa turnirində 6 medala sahib olublar. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 2 qızl, 1 gümüş və 3 bürünc medal qazanan idmançılarımız 72 ölkə arasında 4-cü nəticə göstəriblər.

7 görüş keçirən Asiman Qurbanlı (+84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) ilə 6 rəqibini məğlub edən İrina Zaretska (-68 kq, şəxsi məşqçisi Denis Morozov) nüfuzlu Premyer Liqa turnirinin qalibi olublar.

Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq, hər ikisinin şəxsi məşqçisi Füzuli Musayev) və Nuranə Əliyeva (-50 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) isə bürünc medal qazanıb.
Qeyd edək ki, 1-ci vitse-prezident Rəhman Hətəmovun rəhbərliyi ilə Hamburqa yola düşən heyətdə milli komandanın məşqçilərindən Seymur Hüseynov, yarışı idarə etmək üçün beynəlxalq hakimlərdən federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev və vitse-prezident Yusif Məmmədov da yer alıb.

Əlaqədar

Paralimpiyaçılar Azərbaycana 11 medal gətiriblər
Rio-2016 Paralimpiya oyunlarından ilk qızıl medal gəldi
Paralimpiyada ilk medalı qazandıq
Hüseynzadə: Azərbaycan idmançılarının medalları çoxlarını narahat edib
Hüseynzadə: bizim 18 medalımız var, lakin Rio-da qızıl üçün nəsə çatmadı
Azərbaycan Olimpiadada növbəti gümüş medalını qazandı
Teqlər:
Hamburq, karateçi, karate, qızıl, medal, Almaniya

Əsas mövzular