Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur futbolçu həbs olunacaq

© AP PhotoHakan Şükür, Türkiyənin futbolçusu
Hakan Şükür, Türkiyənin futbolçusu - Sputnik Azərbaycan
Abunə olmaq
Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq çərçivəsində dünən belə bir qərar verib.

BAKI, 12 avq — Sputnik. Türkiyə yığması və “Qalatasray” klubunun məşhur futbolçusu olmuş Hakan Şükür və atası Semet Şükürun saxlanılması barədə qərar verilib.

“Milliyet” qəzetinin verdiyi məlumata görə, Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq çərçivəsində dünən belə bir qərar verib.

Sakarya Polis İdarəsinin əməkdaşları hazırda ABŞ-da yaşayan H. Şükürün İstanbuldakı evində axtarış aparıblar. Adapazarında yaşayan və inşaat işləri ilə məşğul olan S. Şükürün də evində axtarış aparılıb. Axtarış zamanı S. Şükür tapılmayıb. H. Şükür haqqında qırmızı bülletenlə saxlama qərarı da veriləcəyi bildirilib.

Proseslər belə davam edərsə, 2002-ci ildə Türkiyəyə dünya çempionatında üçüncülük qazandırmış futbol yığmasının əksər üzvləri həbs olunacaqlar. Belə ki, komandanın üzvlərindən Hakan Şükür, Hakan Ünsal, Okan Buruk, Emre Belözoğlu və Arif Erdem Fetullah Terror Örgütünə işləməkdə günahlandırılırlar.

Xəbər lenti
0