10:22 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
8011

Təntənəli mərasimdə baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, nümayəndə heyyətinin, Olimpiya komandasının üzvləri və digər ölkələrin atletləri iştirak ediblər.

Murad Fərzəliyev, xüsusi olaraq Sputnik Azərbaycan üçün

BAKI, 3 avq-Sputnik. Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən atletlərin məskunlaşdığı Olimpiya kəndində avqust ayının 3-də Azərbaycan bayrağının təntənəli surətdə qaldırılması mərasimi keçirilib.

Bu münasibətlə keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri, federasiya rəsmiləri, nümayəndə heyətinin, Olimpiya komandasının üzvləri və digər ölkələrin atletləri iştirak ediblər.

Braziliyanın milli rəqs qrupunun çıxışından sonra Olimpiya himni səsləndirilib. Olimpiya kəndinin meri, basketbol üzrə ikiqat Olimpiya çempionu Janet Alkeyn idmançıları salamladıqdan sonra Azərbaycan nümayəndə heyətinin şef-de missionu İlham Mədətov J.Alkeynə xatirə hədiyyəsi təqdim edib. Daha sonra Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.
Həmin gün Azərbaycanla eyni zamanda Lixtenşteyn və Kolumbiyanın da bayraqlarının qaldırılması mərasimi keçirilib.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin rəhbərləri idmançılarımızın qaldıqları binaya gələrək, otaqlarla tanış olublar. Olimpiya kəndində Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da Azərbaycanın olimpiyaçıları ilə bir binada qalırlar. Baş nazirin birinci müavini Yaqub Eyyubov, nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşüb, onlara uğurlar arzulayıblar.

Dünyada təxminən bir milyard televiziya tamaşaçısının izləyəcəyi XXXI Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 5-də Rio-de-Janeyronun "Marakana" stadionunda keçiriləcək.
Olimpiadada ölkəmizi idmanın 18 növü üzrə 56 atlet (57 lisenziya) təmsil edir. İdmançılarımızdan 36-sı Olimpiya oyunlarına ilk dəfə qatılıb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, üç hakimlə və on nəfər media nümayəndəsi də təmsil olunur.

Məlumat üçün bildirək ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında rekord sayda — 206 ölkədən 10 min 500 idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.

Əlaqədar

Sabah Rio-de-Janeyroda karatenin taleyi müəyyənləşəcək
Rio-de-Janeyroda olimpiya obyektlərinin yerləşmə xəritəsi
BOK Rusiya yığmasını Rio Olimpiadasından kənarlaşdırmayıb
Rio Olimpiadasına hazırlaşan güləşçilərimiz Ukraynaya gediblər
Azərbaycan “Rio-2016” Olimpiadasına ikinci lisenziya qazanıb
Bakı 2015-dən Rio 2016-ya gedənlər
Elvin Mürsəliyev Rio Olimpiadasına vəsiqə qazandı
Teqlər:
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rio-de-Janeyro, XXXI Yay Olimpiya Oyunları, İlham Mədətov, gənclər və idman naziri Azad Rəhimov, Rio-2016 olimpiadası, baş nazirin birinci müavini Yaqub Eyyubov

Əsas mövzular