08:34 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1502

Yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

BAKI, 9 mart — Sputnik. Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Mariya Stadnik
© Sputnik / Vladimir Astapkovich

Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib.

Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.

Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olub. İlk rəqib Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca London Olimpiadasının bürünc medalçısı — gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib.

Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb, güləşçimiz Avropa çempionatını gümüş medalla başa vurub.

57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov ilk görüşdə Latviya təmsilçisi Eduards Kucepalovsdan üstün olub. Ardınca Ukrayna təmsilçisi Andriy Yatsenkoyla gərgin keçən görüşdə minimal hesabla məğlub olan Mahir rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Almaniyadan Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Mahir Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Ancaq güləşçimiz görüşü uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

Beləliklə:

48 kq

1/8 final — Mariya Stadnik — Oleksandra Kogut (UKR) 10:0
1/4 final — Valentina İslamova (RUS) — Mariya Stadnik 2:5
1/2 final — Mariya Stadnik — Elitsa Yankova (BUL) 9:0 (tuşe)
FİNAL — Emilia Vuc (ROU) — Mariya Stadnik 0:10

57 kq

1/8 final — Mahir Əmiraslanov — Eduards Kucepalovs (LAT) 11:1
1/4 final — Andriy Yatsenko (UKR) — Mahir Əmiraslanov 9:8
Təsəlliverici görüş — Marcel Evald (GER) — Mahir Əmiraslanov 0:3
Bürünc medal görüşü — Mahir Əmiraslanov — Andrey Dukov (ROU) 2:12

86 kq

1/8 final — Zbiqnev Baranovski (POL) — Aleksandr Qostiyev 0:3 (rəqib görüşə çıxmayıb)
1/4 final — Dato Marsaqişvili (GEO) — Aleksandr Qostiyev 3:4
1/2 final — Aleksandr Qostiyev — Aliaksandr Huştin (BLR) 3:1
FİNAL — Şamil Kudiamaqomedov (RUS) — Aleksandr Qostiyev 6:2

Əlaqədar

"Bütün idman növlərində uğur qazanmaq mümkün deyil"
On qat Azərbaycan çempionu rus idmançıya qarşı döyüşəcək
Kikboksinq üzrə Azərbaycan çempionatı DİN İdman Cəmiyyətinin qələbəsi ilə başa çatıb
Gəncədə idmançının güllələnməsi faktı ilə bağlı rəsmi məlumat yayılıb
İdman malları satılan mağazalarda qiymətlər "əl yandırır"
Teqlər:
Avropa çempionatı, çempion, yarış, güləşçi, güləş, Mariya Stadnik

Əsas mövzular