01:53 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Fernando Alonso. Arxiv şəkli

Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu

© AFP 2019 / Tom Gandolfini
İDMAN
Qısa URL
1401

Fernando Alonso Formula 1 tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çemiponu tituluna yiyələnib, 32 dəfə Qran Pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb.

BAKI, 2 mart — Sputnik. Formula 1 üzrə Dünya Çempionatının ikiqat qalibi və hal-hazırda McLaren Honda komandasının heyətində yarışan pilot Fernando Alonso bu gün 2016 Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib. Bu barədə Sputnik-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Fernando Alonso Formula 1 tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çemiponu tituluna yiyələnib, 32 dəfə Qran Pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb.

Alonso, eyni zamanda, bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran Pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. O, 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran Pri yarışı daxil olmaqla məhz bu Qran Pri yarışlarında ümumilikdə 3 dəfə birincilik əldə edib.

Rəsmi elçi kimi fəaliyyətə başlayan Alonso, 8-9 mart tarixlərində Bakıya ikigünlük səfər edəcək. Beləliklə, o, Bakıya səfər edəcək ilk Formula 1 pilotu kimi, tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və gözoxşayan mənzərəyə sahib şəhər trekində bu yay baş tutacaq yarışlarda McLaren komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək. Bununla yanaşı, Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək. 

Əsas mövzular