09:01 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Футбол. Церемония жеребьевки чемпионата Европы 2016

AVRO-2016 final mərhələsində oynayacaq qruplar bəlli olub

© Sputnik / Антон Денисов
İDMAN
Qısa URL
183 0 0

D qrupunda yer alan Türkiyə ispanlar, çexlər və xorvatlarla mübarizə aparacaq.

BAKI, 12 dek-Sputnik. Fransanın paytaxtında 2016-cı ilin ən böyük yarışlarından biri sayılan Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Gələn il iyunun 10-dan iyulun 10-dək davam edəcək turnirin 24 iştirakçısı püşkatmaya qatılıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan və təkcə Avropa deyil, dünyanın əksər ölkələrində yayımlanan mərasimdə komandalar 6 qrupa bölünüb.

Azərbaycanlı futbolsevərlərin yaxından izlədiyi Türkiyə millisi D qrupunda mübarizə aparacaq. Fatih Terimin yetirmələri bu qrupda İspaniya, Çexiya və milli komandamızla eyni qrupda mübarizə apararaq final mərhələsinə yüksəlmiş Xorvatiya ilə qarşılaşacaqlar.

Qruplar aşağıdakı kimi formalaşıb:
A qrupu:
1. Fransa
2. Rumıniya
3. Albaniya
4. İsveçrə

B qrupu:
1. İngiltərə,
2. Rusiya
3. Uels
4. Slovakiya

C qrupu:
1. Almaniya
2. Ukrayna
3. Polşa
4. Şimali İrlandiya

D qrupu:
1. İspaniya
2. Çexiya
3. Türkiyə
4. Xorvatiya

E qrupu:
1. Belçika
2. İtaliya
3. İrlandiya
4. İsveç

F qrupu:
1. Portuqaliya
2. İslandiya
3. Avstriya
4. Macarıstan

Teqlər:
Fatih Terim, İslandiya, Portiqaliya, İrlandiya, Slovakiya, Uels, İsveçrə, Albaniya, Rumıniya, püşkatma, Avropa çempionatının final mərhələsi, Xorvatiya, Polşa, Çexiya, İtaliya, Macarıstan, Avstriya, Şimali İrlandiya, Belçika, Ukrayna, Rusiya, Türkiyə, İsveç, İspaniya, İngiltərə, Almaniya, Fransa

Əsas mövzular