20:30 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Aziz Yıldırım

“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım bəraət alıb

İDMAN
Qısa URL
21201

“Fənərbaxça” İdman Klubunun prezidenti Əziz Yıldırım ona qarşı irəli sürülən bütün ittihamlardan bəraət alıb.

BAKI, 10 okt — Sputnik. “Fənərbaxça” İdman Klubunun prezidenti Əziz Yıldırım ona qarşı irəli sürülən bütün ittihamlardan bəraət alıb.

Sputnik-in “Haberler.com”-a istinadən verdiyi məlumata görə, Türkiyədə danışılmış oyunlarla əlaqədar məhkəmə prosesi müttəhimlərin bəraət alması ilə nəticələnib.

Bundan əvvəl dövlət ittihamçısı “Fənərbaxça” prezidenti də daxil olmaqla bütün müttəhimlər barədə bəraət qərarının verilməsini istəmişdi.

Qeyd edək ki, Fənərbaxça" prezidenti Əziz Yıldırım ilə yanaşı Fenerbahçə menecerləri Əli Yıldırım, Şekib Mosturoğlu, İlhan Əkşioğlu, "Beşiktaş"ın keçmiş meneceri Sərdal Adalı, "Beşiktaş" futbol klubunun keçmiş prezidenti Tayfur Havutçu, "Sivasspor" prezidenti Məcnun Odyakmaz, futbolçular İbrahim Akın, Korjan Çelikayında aralarında olduğu bütün müttəhimlər barəsində bəraət qərarı verilib.

Əsas mövzular