CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir şagirdi məktəbə yola salmaq üçün nə qədər pul lazımdır?

© Sputnik / Zulfiyya GuluyevaMəktəblilər üçün ləvazimatlar
Məktəblilər üçün ləvazimatlar - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Məktəblərin açılması ilə bağlı verilən qərardan sonra mağazalar məktəbli ləvazimatlarının qiymətini bahalaşdırıblar.
BAKI, 21 sentyabr — Sputnik. Sabahdan məktəblərdə ənənəvi formada yeni tədris ilinə start veriləcək. Pandemiya səbəbindən ötən tədris ilində məktəb bazarlığı etməyən valideynlərin yeni tədris ilinə ciddi hazırlaşdıqrları ticarət mərkəzlərindəki qələbəlikdən hiss olunurdu.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Sədərək" ticarət mərkəzində məktəbli ləvazimatları satılan mağazalarda sözün əsl mənasında sıxlıq var idi. Tələbatın artması isə qiymətlərə təsirsiz ötüşməmişdi.
Venera Məmmədova adlı valideyn bu il iki övladını məktəbə yola salacaq. Uşaqlarından birinin birinci sinfə, digərinin isə hazırlıq qrupuna gedəcəyini söyləyən valideyn məktəbli ləvazimatlarının qiymətində bahalaşma olduğunu söyləyir: "İki həftə əvvəl çantaların, dəftər-qələmin qiyməti çox ucuz idi. Həmin vaxt almadım ki, məktəblərin açılıb-açılmayacağı məlum deyil. Amma bazara gələndə qiymətlərə göz gəzdirmişdim. 1-ci sinfə gedəcək uşaqlar üçün çantaların qiyməti 15-20 manat arasında idi. Bu gün bazarda 25 manatdan ucuz çanta yoxdur. Dəftərlərin qiymətində də 5-10 qəpik bahalaşma var. Məktəblərin açılması ilə bağlı verilən qərardan sonra mağazalar məktəbli ləvazimatlarının qiymətini bahalaşdırıblar".
© Sputnik / Zulfiyya GuluyevaSədərək Ticarət Mərkəzində məktəbli ləvazimatları mağazası
Məktəblilər üçün ləvazimatlar - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Sədərək Ticarət Mərkəzində məktəbli ləvazimatları mağazası
Satıcılar isə bu fikirlərlə razı deyillər. "Sədərək" ticarət mərkəzində "Pərgar" məktəbli ləvazimatları mağazasında satıcı işləyən Valeh Eyvazov bildirdi ki, mağazada ucuz çantalar satılıb qurtarıb. Qalan çantaların qiyməti isə 25-40 manat arasındadır.
Ticarət mərkəzindəki məktəbli ləvazimatları satılan mağazalarda qiymətlər təxminən eynidir. Mağazalarda dəftərlərin qiyməti vərəqlərinin sayına görə dəyişir. Rusiya istehsalı olan 90 vərəqli dəftələrin qiyməti 80 qəpik, 48 vərəqli dəftərlər isə 55 qəpiyə təklif olunur. 12 vərəqli dəftərlərin qiyməti qalın və nazik üzlü olmasına görə dəyişir. Nazik üzlü 12 vərəqli dəftərlər 10, digərləri 12 qəpiyə satılır.
Satışda Türkiyə istehsalı olan dəftərlərin qiyməti Çin istehsalı olan dəftərlərlə müqayisədə bahadır. Satıcılar da Çin istehsalı olan dəftərlərin qiymətinin nisbətən ucuz olduğunu təsdiqlədilər. Gündəliklərin qiyməti 1 manat 20 qəpikdən 3 manata qədər dəyişir. Qələmlərin qiyməti 8 qəpikdən başlayaraq 2 manata qədərdir. Karandaşların qiyməti 30 qəpikdən 1 manat 50 qəpiyədək təklif olunur. Karandaşyonanların qiyməti isə 40 qəpikdən 1 manatadək dəyişir. Pozanlar 20 qəpikdən 90 qəpiyə, rəngli karandaşlar 90 qəpikdən 12 manata, plastilinlər 1 manat 20 qəpikdən 4 manatadək təklif olunur.
Xətkeş 30 qəpikdən 70 qəpiyə, su termosları 4 manat 50 qəpikdən 6 manatadək təklif olunur. Qələmqablarının qiyməti isə istehsal olunduğu ölkəyə görə dəyişir. Türkiyənin "Kalem" şirkətinin qələmqablarının qiyməti 5 manatdan başlayır. Digərlərini isə 1 manat 20 qəpikdən başlayan qiymətlərlə almaq mümkündür. Pərgarlar 60 qəpikdən 11 manatadək qiymətlərə təkif olunur. Marker 60 qəpikdən başlayan qiymətlərlə, rəsm albomu 80 qəpiyə, dəftər üzləri 12 qəpiyə, kitab üzləri 15 qəpiyə, qayçı 70 qəpiyə satılır.
© Sputnik / Zulfiyya Guluyeva
Məktəblilər üçün ləvazimatlar - Sputnik Azərbaycan
1/4
© Sputnik / Zulfiyya Guluyeva
Məktəblilər üçün ləvazimatlar - Sputnik Azərbaycan
2/4
© Sputnik / Zulfiyya Guluyeva
Məktəblilər üçün ləvazimatlar - Sputnik Azərbaycan
3/4
© Sputnik / Zulfiyya Guluyeva
Məktəblilər üçün ləvazimatlar - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4
Satıcılarla söhbət zamanı öyrəndik ki, məktəbli ləvazimatlarının qiymətlərindəki fərq məhsulların istehsal olunduğu ölkəyə görə dəyişir. Ən bahalı məktəbli ləvazimatları Rusiya, orta qiymətlərlə Türkiyə, ən ucuz qiymətə isə Çin istehsalı olan məhsullar satılır. Satıcılar məktəblərin açılması ilə bağlı qərarın qiymətlərə təsir etmədiyini söyləsələr də alıcılar qərardan sonra qiymət artımının olduğunu bildirdilər. O ki qaldı məktəbli ləvazimatlarına tələbata, satıcılar tələbatın olduğunu söylədilər. Onların sözlərinə görə, ötən tədris ili valideynlər məktəb ləvazimatları almadıqlarından bu il alış-veriş etməli olublar. Bu isə bu tip məhsullara bazarda tələbatı artırıb.
Satıcılar bir şagird üçün məktəbli ləvazimatlarının minimum 90 manat xərc tələb etdiyini bildirdilər.
Ticarət mərkəzində məktəblilər üçün ağ köynəklərin qiyməti 15 manatdan 28 manatadək dəyişir. Qara və göy rəngli şalvar və ətəklər isə 17-23 manata təklif olunur. Məktəb yaşda uşaqlar üçün ayaqqabıların ən ucuzunun qiyməti 18 manatdır. Amma valideynlər şagird üçün normal keyfiyyətdə ayaqqabıların 30 manatdan ucuz olmadığını bildirdilər.
© Sputnik / Zulfiyya GuluyevaSədərək Ticarət Mərkəzində məktəbli ləvazimatları mağazası
Məktəblilər üçün ləvazimatlar - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Sədərək Ticarət Mərkəzində məktəbli ləvazimatları mağazası
Paytaxtda iri supermarketlərin də əksəriyyəti məktəbli ləvazimatları təklif edir. "Araz" supermarketində 12 vərəqli dəftərlərin qiyməti 11-15 qəpik, 100 vərəqli dəftərlər 69 qəpik, 60 vərəqli 49 qəpik, 48 vərəqli 59 qəpik, 20 vərəq 19 qəpik idi. Qələmlərin qiyməti 12-15 qəpik idi. Qələmqabları 99, pozan 31, karandaşyonan 15, yapışqan 35, rəsm albomları 47-99, rəngli karandaşlar 79 - 1 manat 50 qəpik, qovluqlar 49 qəpiyə təklif olunur.
Məktəbli formalarının qiymətində isə heç bir dəyişiklik olmayıb. I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək və şalvar, yaxud da pencək və ətək daxildir. Köynəklərin qiyməti 26-dan 54 ölçüyədək 8 manatdır".
Apardığımız araşdırma zamanı məlum oldu ki, bir şagird üçün məktəb xərci ən azı 250 manat vəsait tələb edir.
Eləcə də oxuyun:
Məktəblərdə dərslər ikinövbəli olacaq?
Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq davam edir
Bəzi müəllimlərə özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq
Məktəblərdə yeni dərslik tətbiq olunacaq
Məktəblərdə əyani təhsilə nə qədər şagird cəlb olunacaq?
Azərbaycanda 2021/22 tədris ili başlayır. Hazırsınız?
Xəbər lenti
0