https://sputnik.az/20210916/Mktblrd-yeni-drslik-ttbiq-olunacaq-427935971.html
Məktəblərdə yeni dərslik tətbiq olunacaq
Məktəblərdə yeni dərslik tətbiq olunacaq
Sputnik Azərbaycan
Növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq ki, bu da "Təbiət" dərsliyidir. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T14:49+0400
2021-09-16T14:49+0400
2021-09-16T14:38+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106195_0:0:3073:1728_1920x0_80_0_0_9f06fa8ea40b7d5aaf4048a5affde063.jpg
BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106195_4:0:2735:2048_1920x0_80_0_0_1c281e3d91d06a7f4c8aa62e416637c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Məktəblərdə yeni dərslik tətbiq olunacaq
Növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq ki, bu da "Təbiət" dərsliyidir.
BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.
O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".
R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".
Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".