https://sputnik.az/20210826/Mehriban-liyeva-yenidn-qurulan-thsil-v-tlim-mssislrinin-alnda-itirak-edib-427783178.html
Mehriban Əliyeva yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib
Mehriban Əliyeva yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib
Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib. 26.08.2021, Sputnik Azərbaycan
2021-08-26T19:01+0400
2021-08-26T19:01+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
elm
təhsil
müəssisə
təhsil müəssisəsi
məktəb
bağça
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427783003_0:310:3072:2048_1920x0_80_0_0_eff553ddbf2d2789bb395968c44732f6.jpg
BAKI, 26 avqust — Sputnik. Cümə axşamı, avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın yeni binasının açılışında iştirak etdi.Birinci vitse-prezident təhsil kompleksində yaradılan şəraitlə tanış oldu.Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində gimnaziyanın yeni binası tikilib.Diqqətə çatdırılıb ki, xarici dillər təmayüllü gimnaziya 1029 şagird yerlikdir. Gimnaziyanın yeni binasında sinif otaqları, laboratoriya otaqları, informatika sinfi, hərbi hazırlıq otağı, kitabxana, yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib. 216 şagird yerlik Laçın rayonu 32 nömrəli tam orta məktəbində 12 sinif otağı, akt və qapalı idman zalları da fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası yaradılıb. Ərazidəki yataqxana korpusu 185 yerlikdir. Üçmərtəbəli yataqxana binası zəruri mebel və avadanlıqlarla təchiz edilib.X X XSonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsində istifadəyə verilən 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu ilə tanış oldu.Məlumat verildi ki, 1972-ci ildən fəaliyyət göstərən 12 saylı xüsusi internat məktəbində dayaq-hərəkət pozğunluğu olan sağlamlıq imkanları məhdud 6-14 yaş həddində 120 şagird təhsil alır. Tədris korpusunun daxilində yerləşən yataqxana Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq tədris otaqlarına uyğunlaşdırılıb və müəssisənin ərazisində yeni yataqxana korpusu inşa edilib. Yeni yataqxana korpusu üçmərtəbəli olmaqla 128 nəfərlikdir. Korpusda yemək zalı, mətbəx sahəsi, tibb otağı, istirahət zonası, kitabxana, asudə vaxtın təşkili otaqları yaradılıb.X X XDaha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.Qeyd edək ki, bu uşaq bağçası da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisəsinin yenidən qurulması işinə daha bir töhfəsidir. Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağçasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerində yeni bağça binası inşa edilib.İstifadəyə verilən üçmərtəbəli uşaq bağçasında oyun otaqları, idman, musiqi və rəsm zalları, yataq otaqları, yeməkxana, tibb otağı, geyinib-soyunma otaqları və digər texniki otaqlar yaradılıb. Bağça zəruri mebel və avadanlıqlarla təchiz edilib. Uşaqların asudə vaxtının təşkili məqsədilə açıq havada oyun meydançası da yaradılıb, ərazi yaşıllaşdırılıb.Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.Eləcə də oxuyun:İlham Əliyev - Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaqMehriban Əliyevanın bütün xidmətlərini qeyd etmək üçün daha bir səbəbAzərbaycanın birinci xanımı: ömür səhifələrindən kadrlarRusiya Prezidenti Mehriban Əliyevanı təbrik edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427783003_0:118:3072:2048_1920x0_80_0_0_bc72398caf6abaff39b60ab9ccf874de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, təhsil, müəssisə, təhsil müəssisəsi, məktəb, bağça, azərbaycan
xəbərlər, təhsil, müəssisə, təhsil müəssisəsi, məktəb, bağça, azərbaycan
Mehriban Əliyeva yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib
19:01 26.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Birinci vitse-prezident Mehriban Əliyeva yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib.
BAKI, 26 avqust — Sputnik. Cümə axşamı, avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın yeni binasının açılışında iştirak etdi.
Birinci vitse-prezident təhsil kompleksində yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində gimnaziyanın yeni binası tikilib.
Diqqətə çatdırılıb ki, xarici dillər təmayüllü gimnaziya 1029 şagird yerlikdir. Gimnaziyanın yeni binasında sinif otaqları, laboratoriya otaqları, informatika sinfi, hərbi hazırlıq otağı, kitabxana, yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib. 216 şagird yerlik Laçın rayonu 32 nömrəli tam orta məktəbində 12 sinif otağı, akt və qapalı idman zalları da fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası yaradılıb. Ərazidəki yataqxana korpusu 185 yerlikdir. Üçmərtəbəli yataqxana binası zəruri mebel və avadanlıqlarla təchiz edilib.
Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsində istifadəyə verilən 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu ilə tanış oldu.
Məlumat verildi ki, 1972-ci ildən fəaliyyət göstərən 12 saylı xüsusi internat məktəbində dayaq-hərəkət pozğunluğu olan sağlamlıq imkanları məhdud 6-14 yaş həddində 120 şagird təhsil alır. Tədris korpusunun daxilində yerləşən yataqxana Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq tədris otaqlarına uyğunlaşdırılıb və müəssisənin ərazisində yeni yataqxana korpusu inşa edilib. Yeni yataqxana korpusu üçmərtəbəli olmaqla 128 nəfərlikdir. Korpusda yemək zalı, mətbəx sahəsi, tibb otağı, istirahət zonası, kitabxana, asudə vaxtın təşkili otaqları yaradılıb.
Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Qeyd edək ki, bu uşaq bağçası da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisəsinin yenidən qurulması işinə daha bir töhfəsidir. Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağçasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerində yeni bağça binası inşa edilib.
İstifadəyə verilən üçmərtəbəli uşaq bağçasında oyun otaqları, idman, musiqi və rəsm zalları, yataq otaqları, yeməkxana, tibb otağı, geyinib-soyunma otaqları və digər texniki otaqlar yaradılıb. Bağça zəruri mebel və avadanlıqlarla təchiz edilib. Uşaqların asudə vaxtının təşkili məqsədilə açıq havada oyun meydançası da yaradılıb, ərazi yaşıllaşdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.
Azərbaycanın birinci xanımı: ömür səhifələrindən kadrlar