20:45 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
28 0 0

Vladimir Putin dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Mehriban Əliyevanın şəxsi töhfəsini çox yüksək qiymətləndirdiyini qeyd edib.

BAKI, 26 avqust - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı Əliyeva avqustun 26-da ad gününü qeyd edir.

Eləcə də oxuyun: 

Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, təbrik, doğum günü

Əsas mövzular