20:04 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
ELM
Qısa URL
24 0 0

IV qrupda kənd təsərrüfatı profilli ixtisasları seçsələr, qəbul olma şansları yarana bilər, lakin tibb təhsili üzrə ballar yüksəkdir.

BAKI, 25 avqust — Sputnik. Hazırda 19 337 subbakalavr qeydiyyatdan keçib. Onlardan 7 761 nəfər ərizəsini təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, III qrupa sənəd verənlər harasa qəbul olmaq istəyirlərsə, regional ali məktəblərə üstünlük verməlidirlər.

"Regional ali məktəblərdə I mərhələdə formalaşan keçid balı daha aşağı olur. Belə olan halda həmin şəxslərin qəbul olma şansları ola bilər. Həmçinin ötən ilki keçid ballarına da diqqət etsinlər. I və II qrupda keçid balı aşağı olan ixtisaslar var. IV qrupda kənd təsərrüfatı profilli ixtisasları seçsələr, qəbul olma şansları yarana bilər, lakin tibb təhsili üzrə ballar yüksəkdir və subbakalavrlara yer çatmayacaq. Yaxın illərdə bu vəziyyətin dəyişəcəyinə inanmıram”.

O, subbakalavrlarla bağlı da danışıb. M.Abbaszadə vurğulayıb ki, subbakalavrların I və II qruplar üzrə ali məktəblərə qəbul olmaq şansı daha yüksəkdir:

"Həmin şəxslər, əsasən, iqtisadiyyat, maliyyə, mühasibat, turizm işinin təşkili, marketinq, menecment, informasiya texnologiyaları, maşın mühəndisliyi, kompüter mühəndisliyi, nəqliyyat mühəndisliyi üzrə qəbul olunublar. Bu il də həmin ixtisaslar var və subbakalavrların yenə şansı var ki, bu ixtisaslar üzrə qəbul olunsunlar”.
Həmçinin oxuyun:
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

 

Teqlər:
tibb, təhsil

Əsas mövzular