CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

© AFP 2023 / STEPHANE DE SAKUTINСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Məleykə Abbaszadə: "Sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq. Yəqin ki, bu, sentyabrın 5-6-sı tarixlərində olacaq”.
BAKI, 23 avqust — Sputnik. Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook” sosial şəbəkəsində canlı yayımda çıxışı zamanı deyib.
Avqustun 30-da ixtisas seçiminin başa çatacağını deyən M.Abbaszadə bildirib ki, 3-4 gün ərzində yoxlamalar bitəndən sonra ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunacaq:
"Sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq. Yəqin ki, bu, sentyabrın 5-6-sı tarixlərində olacaq”.
Qeyd edək ki, avqustun 20-dən etibarən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayb. İxtisas seçimi avqustun 20-dən 30-dək Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılacaq.
Həmçinin oxuyun:
Məleykə Abbaszadə valideynlərə səsləndi
Xəbər lenti
0