CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı müraciətlərin sayı açıqlandı

© Photo : Department of Education for Baku CityMəktəbəhazırlıq qrupu, arxiv şəkli
Məktəbəhazırlıq qrupu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.
BAKI, 17 avqust — Sputnik. 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu günədək respublika üzrə ümumilikdə 43053 nəfər məktəbəhazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36378 nəfəri Azərbaycan, 6675 nəfəri isə rus bölməsi üzrədir.
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, Məktəbəhazırlıq qrupları üçün elektron ərizəsi qeydiyyata alınan valideynlər sentyabrın 1-dən 24-dək sənədlərini məktəbə təqdim etməlidirlər.
Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib ki, məktəbdə sənədləri qəbul edən məsul şəxs mektebeqebul.edu.az saytında elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.
Həmçinin oxuyun:
Ekspres COVID testləri: məktəblər sentyabrda açıla bilərmi?
Xəbər lenti
0