CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən I siniflərin məktəb seçimi başlayır

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Valideynlər www.mektebeqebul.edu.az portalında "Şəxsi kabinet"lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

BAKI, 24 iyun — Sputnik. Bu gündən tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında "Şəxsi kabinet"lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Bundan başqa, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş, müsahibədən uğurla keçmiş və avtomatik olaraq proqram təminatı vasitəsilə birinci sinfə yerləşdirilən uşaqların valideynləri (qanuni nümayəndə) fərqli məktəb və sinif seçə bilərlər. Bunun üçün qeyd edilən tarixdən etibarən “Şəxsi kabinet”ə daxil olaraq sorğunu silib yeni sorğu yaratmaq mümkündür.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Eləcə də oxuyun:

Xəbər lenti
0