ELM

Nazir Təhsil Tələbə Krediti Fondundan nə qədər tələbənin kredit alacağını açıqladı

© AFP 2024 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Prezident İlham Əliyev dünən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Təhsil naziri kreditlərin faiz hissəsində güzəştlərin ediləcəyini söyləyib.

 

BAKI, 18 iyun — Sputnik. Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan kredit alması nəzərdə tutulan tələbələrin təxmini sayını açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, AzTV-nin "Hədəf" verilişində çıxış edən nazir bildirib ki, təxminən 40 min və ya daha çox bakalavr və magistr tələbəsinin Təhsil Tələbə Krediti Fondundan kredit alması nəzərdə tutulur.

Nazir həmçinin bildirib ki, qaydalarda kreditlərin hansı qrupdan olan tələbələri əhatə etməsi bəlli olacaq: "Aidiyyəti qurumlarla ilkin müzakirələrdə həmçinin təhsil müddətində əldə etdikləri yüksək nəticələri (ÜOMG) olan tələbələrə kreditlərin faiz hissəsində güzəşt edilməsi də planlaşdırılır".

Azərbaycanda tələbə krediti fondları

Qeyd edək ki, Prezident İlham Əliyev dünən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində "Təhsil Tələbə Krediti Fondu" (bundan sonra – Fond) yaradılıb.

Xatırladaq ki, 5 il bundan öncə Azərbaycanda Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlasa da, Fond özünü doğrultmadı. Bu Fond aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin verilməsini təşkil edirdi. Amma banklarla əməkdaşlıq uğurlu olmadığından Fondun fəaliyyətində müəyyən problemlər yarandı. Tələbələr vaxtaşırı bu Fonddan təhsil krediti almaq üçün problemlə üzləşdiklərindən şikayətlənirdilər.

Eləcə də oxuyun:

  • Ekspert: “Bu, Azərbaycanın təhsil uğuru hesab edilə bilər”

  • Diplom işi yazmaq yox, dövlət imtahanı yox - Yeni qərarın kadr hazırlığına təsiri

Xəbər lenti
0