Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə təşkil edilib.
Təhsil eksperti Kamran Əsədov geridən qalan tədris ili ilə bağlı fikirlərini Sputnik Azərbaycan-a danışıb. Ekspert bildirib ki, Azərbaycan təhsildə gedən proseslərə çevik reaksiya verən ölkələrdəndir: “Bir çox ölkələrdə pandemiya ilə əlaqədar olaraq orta və ali təhsil prosesinin təşkilində ciddi problemlər olduğu halda Azərbaycanda bu məsələ qısa zaman ərzində həllini tapa bildi. Bu, Azərbaycanın təhsil uğuru hesab edilə bilər. Həm pandemiya, həm müharibənin çətinliklərinə baxmayaraq təhsilalanlar lazımi bilik və bacarıqları əldə edə bildilər. Son tədris ilini qiymətləndirən zaman pandemiyanı nəzərə almaq lazımdır”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz