16:07 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
ELM
Qısa URL
27 0 0

Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edə bilərlər

BAKI, 15 fevral — Sputnik. Təhsil Nazirliyi bu gündən etibarən vətəndaş qəbulu prosesini videoqəbul formatında həyata keçirəcək. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir.

Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edə bilərlər. Videoqəbullarda müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" qanuna uyğun olaraq baxılacaq. Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz.

Teqlər:
video, qəbul, vətəndaş, Təhsil Nazirliyi

Əsas mövzular