BAKI, 15 fevral — Sputnik. Təhsil Nazirliyi bu gündən etibarən vətəndaş qəbulu prosesini videoqəbul formatında həyata keçirəcək. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir.
Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edə bilərlər. Videoqəbullarda müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" qanuna uyğun olaraq baxılacaq. Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz.