12:16 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Elektron qeydiyyat

Vətəndaşlar yeni qərarı alqışlayırlar: Rüşvətə və süründürməçiliyə son!

CC0 / FirmBee / phone
ELM
Qısa URL
9213 0 0

"Bu imkandan hər bir vətəndaşın istifadəsi üçün imkanları genişləndirmək lazımdır"

Təranə Xudabaxşiyeva - Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Son zamanlar valideynlər arasında bağçalara uşaq qoymaqla bağlı problemlər, şikayətlər artmaqdaydı. Valideynlər bildirirdilər ki, müraciət etdikləri uşaq bağçalarında əvvəlcə yer olmadığı bəhanə edilir. Daha sonra isə bağça müdirləri onlardan uşaqlarını bağçaya qəbul etməyin müqabilində müəyyən məbləğdə pul tələb edirlər. 

Uşaq bağçası, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Çoxsaylı şikayətləri nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu barədə yeni qərar qəbul edilib. Belə ki, bu ilin sonuna kimi bağçalara qəbulun elektronlaşdırılması işləri həyata keçiriləcək. Yəni gələn ildən uşaqlar bağçalara məktəblərdə olduğu kimi elektron qaydada qəbul olunacaqlar.

Maraqlıdır, əhali bu qaydadan nə qədər razı qalıb, bu addımı necə qiymətləndirir? Ümumiyyətlə, bu üsulun qəbuldakı korrupsiya faktlarının qarşısını alacağını hesab edirlərmi? Sputnik Azərbaycan-ın əməkdaşı bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkələrdə sorğu keçirib. Sorğumuzda iştirak edən sosial şəbəkə istifadəçilərinin cavablarını olduğu kimi təqdim edirik:

Məhəmməd Türkmən: "Rüşvət almaq çətinləşəcək. "Yer yoxdur" deyib, 200 manat alandan sonra yer açılmayacaq".

Elşən Ağalar: "Müasir dövrümüzdə bu cür tətbiqlər, təbii ki, önəmlidir. Nisbətən korrupsiyaya qarşı da öz təsirini göstərəcək. Sadəcə olaraq bundan hər bir vətəndaşın istifadəsi üçün imkanları genişləndirmək lazımdır".

Kamran Əsədov: "Bağça müdirləri bəzi azyaşlıları qəbul edir, digərlərinə isə boş yer olmadığını deyirlər. Çünki buradakı uşaqların qeydiyyatını onlardan başqa heç kim aparmır. Elektron sistem olmadığından, İcra Hakimiyyəti belə, bağçadakı uşaqların dəqiq sayından xəbərsizdir. Yalnız fiziki olaraq gedib görmək, müfəttiş göndərməklə kifayətlənir. Direktorlar da bundan yararlanıb, o yerləri başqa üsullarla valideynlərə təklif edirdilər. Fikrimcə, elektron sistem prosesin şəffaflaşmasına kömək edəcək". 

Uşaq bağçasında mütaliə saatı
© Photo : Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidməti

Samir Abdulov: "Düşünürəm ki, yaxşı hal deyil. İndi kimsə daxil olub uşağını istədiyi bağçaya qoyacaq, bəziləri yer olmadığı üçün kənarda qalacaq. Kaş ki, köhnə üsul qalardı".

Cəlalə Ağayeva: "Yeni qərarı dəstəkləyirəm. Yeni qanunun tətbiqindən sonra bağça müdirləri valideynlərdən pul ala bilməyəcəklər".

Adil Vəliyəv: "Məktəbəqədər və birinci sinfə qəbulun onlayn olması qeydiyyatı şəffaflaşdırdı. Əvvəllər valideynlər direktorlara pul verib, uşaqlarını istədikləri müəllimin sinfinə yazdırırdılar. İndi isə onlayn şəkildə istədiyi müəllimi seçib, qeydiyyatı ona görə aparır".

Lamiyə Namiqqızı: "Məncə, heç nə dəyişməyəcək. Onsuz da yenə uşaq bağçaya qəbul olunandan sonra valideynlər direktorlara şirinlik verməli olacaqlar. Bu, gözdən pərdə asmaq üçündür".

Şahidə Tapdıq: "Təbii ki, onlayn qəbul öz müsbət təsirini göstərəcək. Zənnimcə, bu, təkcə məktəbəqədər təhsil sistemində deyil, bir çox qurumlarda olsa, daha yaxşı olar. Bununla az da olsa, bəzi məmurların, o cümlədən, məktəb direktorlarının rüşvət alma ehtimalını müəyyən dərəcədə aşağı salmaq mümkün olacaq".

Elnurə Abuşova: "Bu, formal xarakter daşıyacaq. Onsuz da pulsuz heç kimin uşağı bağçaya qəbul olunmur".

Əlaqədar

Qazaxıstanda bağça müdiri tərbiyəçini döyüb
Uşaq bağçasının balaca sakinləri ağac əkiblər
Bağça rəhbərlərinə xəbərdarlıq edildi: Qəbul elektron qaydada olacaq
Mehriban Əliyeva bağça, gimnaziya və məktəbə baş çəkib
Bağçalar və orta məktəblərlə bağlı şad xəbər
Teqlər:
rüşvət, valideyn, elektron, direktor, müdir, bağça, uşaq

Əsas mövzular