06:26 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
ELM
Qısa URL
354

Komitə sədri ilin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi məsələsinə münasibət bildirib

BAKI, 24 may — Sputnik. "Azərbaycanda təhsil sahəsində tədris dili dövlət dili olan Azərbaycan dilidir. Bu, birmənalıdır. Amma Təhsil Nazirliyinin də icazəsi olmaqla, bəzi hallarda ümumi təhsil müəssisələrində Azərbaycan dili ilə yanaşı, başqa dillərdə də tədrisin aparılması nəzərdə tutulur. "Təhsil haqqında" qanunda nəzərdə tutulan texniki xarakterli dəyişikliklərdə bu məsələ də var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli deyib. O, həmçinin bildirib ki, "Təhsil haqqında" qanuna yeni məzmunda təklif olunan 19.11-ci maddə cəmiyyətdə, sosial şəbəkələrdə ciddi müzakirə mövzusudur.

""Təhsil haqqında" qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər" — Komitə sədri vurğulayıb.

"Ancaq neçə gündür cəmiyyətdə, sosial şəbəkələrdə bu barədə ciddi müzakirələr getməkdədir. Hesab edirəm ki, bununla, yəni təklif olunan dəyişikliklə bu məsələdəki bürokratik əngəllər aradan qalxmış olur. Söz-söhbətlərə də ehtiyac qalmır. Bu, mütərəqqi dəyişiklikdir" — İ.Həbibbəyli əlavə edib.

Əlaqədar

Fikir ayrılıqlarına səbəb olan dəyişiklik müzakirəyə çıxarılır
Azərbaycanda uşaqların məktəbə qəbulunda mühüm dəyişiklik edilir
Bakıda daha bir futbol məktəbi açıldı
Teqlər:
Milli Məclisin Elm və təhsil komitəsi, İsa Həbibbəyli, "Təhsil haqqında" Qanun, Təhsil Nazirliyi, məktəb, uşaq, təhsil, Azərbaycan

Əsas mövzular