BAKI, 24 may — Sputnik. Azərbaycanda təhsil müəssisələrində psixoloji xidmət təşkil olunacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanuna əlavə təklif olunur.
Dəyişikliyə görə, qanuna 14.20-ci maddə əlavə edilir. Əlavəyə görə, təhsil müəssisələrində psixoloji xidmət təşkil olunacaq. Psixoloji xidmətin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Digər dəyişikliklə həmin qanuna 14.19-cu maddə əlavə edilir. Əlavəyə görə, Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələri "Şagird-məzun" dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.