17:30 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
ELM
Qısa URL
514 0 0

Ombudsman: "Bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib"

BAKI, 24 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzəni təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, məruzədə Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edib: "Uşaq bağçalarında mövcud olan yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır. Bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi–texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə böyük ehtiyac duyulan belə müəssisələri ləğv edir".

Qeyd edək ki, hesabat müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Ekspert: “Dövlət büdcəsindən peşə təhsilinə vəsait ayrılsa da, keyfiyyət yoxdur”
Azərbaycan nümayəndələri Moskvada təhsilə dair tədbirdə
Rusiyalı şagirdlər Azərbaycanda təhsil almaqda maraqlıdırlar
Azərbaycan prezidenti daha 6 rayona təhsillə bağlı pul ayırdı
Azərbaycanda "təhsil tələsi" qurulub - Xəbərdarlıq
Teqlər:
Elmira Süleymanova, ombudsman, plenar iclas, icra hakimiyyəti, Təhsil Nazirliyi, Milli Məclis

Əsas mövzular