15:38 23 Fevral 2017
Canlı yayım
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

Yeni imtahan qaydaları açıqlandı

© Foto: TREND IA
ELM
Qısa URL
118 0 0

Məleykə Abbaszadə: "Sınaq imtahanları keçirmək üçün maddi imkanımız yoxdur"

BAKI, 19 dek — Sputnik. "Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanımız yoxdur. Şagirdlər isə öyrəşiblər ki, sınaq imtahanı verəndən sonra təcili cavablarını alsınlar. Amma onlayn formada keçirilən sınaq imtahanlarının nəticələri iki həftə ərzində yoxlanılaraq təqdim olunacaq".

Sputnik xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"na həsr olunan konfransda belə deyib. O bildirib ki, IX siniflər üzrə sınaq imtahanları yazılı təşkil olunmayacaq, imtahan yalnız onlayn formada keçiriləcək.

"IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin nəticələri 1 ay ərzində yoxlanılacaq və həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. Ekspertlərin rəyləri də orada olacaq. Yeni qaydalara əsasən, imtahan nəticələri attestatlarda, yalnız balla yazılacaq. Mənfi, ya müsbət, yaxşı və pis nəticə toplaması orada yazılmayacaq. İmtahanda hansı qiymət almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər", — M. Abbaszadə qeyd edib.

Onun sözlərinə görə, bu il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydalarla keçirildiyi üçün I mərhələnin nəticələrinə əsasən hər hansı bal məhdudiyyəti qoyulmayacaq: "I mərhələdən 0 bal toplayan şagird sonradan müsabiqənin II mərhələsində, həmçinin orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə iştirak edə biləcək".

"İyun 14-də orta məktəblərdə dərslər bitəndən sonra buraxılış imtahanının II mərhələsi keçiriləcək. İmtahandan iki gün sonra nəticələr açıqlanacaq. O zaman müəyyən olunacaq ki, hansı balla şagirdlərin kolleclərə sənəd verməsinə icazə veriləcək. Ola bilsin ki, yaxın bir ay ərzində kolleclərə yeni qəbul qaydaları ilə bağlı açıqlama verilsin. Bu qaydalar hələ müzakirə olunur", — Direktorlar Şurasının sədri vurğulayıb.

Əlaqədar

Sınaq imtahanlarının da qiyməti qaldırıldı
Qəbul imtahanlarının ödənişli olması barədə qərar veriləcək
Azərbaycanda aşağı siniflərdə də imtahanlar keçirilə bilər
Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək
Qəbul imtahanlarının nəticələrinə görə müsbət dinamika müşahidə olunur
Qəbul imtahanlarının nəticələri ekspertlərin gözü ilə
Teqlər:
bal, buraxılış, mərhələ, Direktorlar Şurası, DİM, Məleykə Abbaszadə, attestat, şagird, imkan, imtahan, sınaq