00:42 30 May 2017
Canlı yayım
Məleykə Abbaszadə

Qəbul imtahanlarının ödənişli olması barədə qərar veriləcək

© Foto: TQDK
ELM
Qısa URL
25500

Məleykə Abbaszadə: "Nazirlər Kabineti qəbul imtahanlarının ödənişli olması barədə qərar qəbul edəcək"

BAKI, 14 dek — Sputnik. "Azərbaycanda imtahanların ödənişli olması üçün, Dövlət İmtahan Mərkəzinin xidmətləri Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir". Sputnik xəbər verir ki, bu gün, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, "Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları" ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən müvafiq qərar verildikdən sonra yeni xidmətlər ictimaiyyətə açıqlanacaq: "İmtahanların hansı formada keçirilməsi barədə işçi qrup səviyyəsində müzakirələr daimi aparılır. İqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparıldıqdan sonra müəyyən sənədlər hazırlanaraq Maliyyə Nazirliyinə təqdim edilir, amma bu prosesləri hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır".

"Prezidentin aprel ayında Dövlət İmtahan Mərkəzi ilə bağlı müvafiq fərmanı var idi. Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Daha sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik. Hazırda Dövlət imtahan Mərkəzi olaraq bununla əlaqədar hökumətin qərarını gözləyirik", — Abbaszadə bildirib.

Əlaqədar

Qəbul imtahanlarının nəticələrinə görə müsbət dinamika müşahidə olunur
Qəbul imtahanlarının nəticələri ekspertlərin gözü ilə
II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan edilib
Azərbaycanda ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Qəbul imtahanlarının nəticələri böyük məyusluq yaradıb
TQDK magistraturaya qəbul imtahanının nəticələrini açıqlayıb
Teqlər:
qərar, təhsil, Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzi, ödəniş, qəbul, imtahan

Əsas mövzular