06:26 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
ELM
Qısa URL
8301

Bu hörümçəklər suyun üzərində qala bilmək üçün dalğalardan istifadə edir.

BAKI, 10 mart — Sputnik. Avstraliyanın Queensland bölgəsində kəşf edilən və “Dolomedes briangreenei” adı verilən su hörümçəyi üzərək balıq tuta bilir.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ovuc içi böyüklüyündə olduğu deyilən bu hörümçək suyun üzərində qala bilmək üçün titrəşimlər ya da dalğalardan istifadə edir.

Kəşf edilən yeni növ hörümçəyin balıq, qurbağa yediyi açıqlanıb. Eyni zamanda, yaxşı üzən hörümçəklər ümumiyyətlə dayaz su hövzələrindəki qayaların üzərində yaşayır. Su üzərində hərəkət də edə bilən hörümçəklər bunun üçün orta iki ayağını istifadə edir.

Əsas mövzular