https://sputnik.az/20210922/Bu-mhur-preparat-COVID-19-un-malic-kursundan-xarld-427984155.html
Bu məşhur preparat COVID-19-un müalicə kursundan çıxarıldı
Bu məşhur preparat COVID-19-un müalicə kursundan çıxarıldı
Sputnik Azərbaycan
COVID-19 virusu dünyada yeni yayılmağa başladığı vaxt əksər ölkələrdə, o cümlədən, Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində bu preparatdan geniş... 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T11:59+0400
2021-09-22T11:59+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
səhiyyə
rusiya
dərman
preparat
tibbi preparat
dərman preparatı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975446_0:291:3072:2029_1920x0_80_0_0_64549b222690e4d8fd5942a05559a066.jpg
BAKI, 22 sentyabr — Sputnik. Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsi ilə bağlı tibbi tövsiyələrin yeni versiyasını təsdiqləyib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verib.Tövsiyələrin yeni versiyasında risk faktoru olan pasiyentlər üçün "Umifenovir" preparatı müalicə vasitələrinin siyahısından çıxarılıb.Bundan başqa, ambulator müalicənin yenilənmiş sxemi də əlavə olunub ki, bura "Budesonid" preparatı daxil edilib.Qeyd edək ki, siyahıdan çıxarılan "Umifenovir"– COVID-19-un müalicəsində geniş tətbiq olunan "Arbidol"un əsas təsiredici maddəsidir.Virus əleyhinə vasitə olan "Arbidol" əsasən qripin in-vitro viruslarının zərərsizləşdirilməsində istifadə olunur. Klinik araşdırmalar böyüklərdə qrip və digər kəskin respirator virus infeksiyalarının müalicəsində bu preparatın effektli olduğunu təsdiqləyib. Təcrübə göstərib ki, "Arbidol", xüsusən, xəstəliyin kəskin dövründə simptomların aradan qalxmasına kömək edir.Xatırladaq ki, COVID-19 virusu dünyada yeni yayılmağa başladığı vaxt əksər ölkələrdə, o cümlədən, Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində "Arbidol" preparatından geniş istifadə olunurdu. Tələbatın bu şəkildə artması dərmanın qıtlığına və qiymətinin dəfələrlə bahalaşmasına gətirib çıxarmışdı."Budesonid" isə iltihab əleyhinə, antiallergik və immunosupressiv təsirə malik preparatdır. Əsasən, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, həmçinin qulaq xəstəliklərində istifadə olunur.Həmçinin oxuyun:COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975446_0:118:3072:2048_1920x0_80_0_0_fb579464721f21fac08fc68fe4c0e508.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dərman, preparat, tibbi preparat, dərman preparatı, azərbaycan
xəbərlər, dərman, preparat, tibbi preparat, dərman preparatı, azərbaycan
Bu məşhur preparat COVID-19-un müalicə kursundan çıxarıldı
11:59 22.09.2021 (Yenilənib: 00:05 17.11.2021) COVID-19 virusu dünyada yeni yayılmağa başladığı vaxt əksər ölkələrdə, o cümlədən, Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində bu preparatdan geniş istifadə olunurdu. Tələbatın artması dərmanın qıtlığına və qiymətinin bahalaşmasına gətirib çıxarmışdı.
BAKI, 22 sentyabr — Sputnik. Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsi ilə bağlı tibbi tövsiyələrin yeni versiyasını təsdiqləyib. Bu barədə
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verib.
Tövsiyələrin yeni versiyasında risk faktoru olan pasiyentlər üçün "Umifenovir" preparatı müalicə vasitələrinin siyahısından çıxarılıb.
Bundan başqa, ambulator müalicənin yenilənmiş sxemi də əlavə olunub ki, bura "Budesonid" preparatı daxil edilib.
Qeyd edək ki, siyahıdan çıxarılan "Umifenovir"– COVID-19-un müalicəsində geniş tətbiq olunan "Arbidol"un əsas təsiredici maddəsidir.
Virus əleyhinə vasitə olan "Arbidol" əsasən qripin in-vitro viruslarının zərərsizləşdirilməsində istifadə olunur. Klinik araşdırmalar böyüklərdə qrip və digər kəskin respirator virus infeksiyalarının müalicəsində bu preparatın effektli olduğunu təsdiqləyib. Təcrübə göstərib ki, "Arbidol", xüsusən, xəstəliyin kəskin dövründə simptomların aradan qalxmasına kömək edir.
Xatırladaq ki, COVID-19 virusu dünyada yeni yayılmağa başladığı vaxt əksər ölkələrdə, o cümlədən, Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində "Arbidol" preparatından geniş istifadə olunurdu. Tələbatın bu şəkildə artması dərmanın qıtlığına və qiymətinin dəfələrlə bahalaşmasına gətirib çıxarmışdı.
"Budesonid" isə iltihab əleyhinə, antiallergik və immunosupressiv təsirə malik preparatdır. Əsasən, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, həmçinin qulaq xəstəliklərində istifadə olunur.