https://sputnik.az/20210825/Ruslar-kosmosa-umaq-n-yeni-texnologiyan-test-edirlr-hava-vzin-maye-427769535.html
Ruslar kosmosa uçmaq üçün yeni texnologiyanı test edirlər: hava əvəzinə maye
Ruslar kosmosa uçmaq üçün yeni texnologiyanı test edirlər: hava əvəzinə maye
Sputnik Azərbaycan
Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır. 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T08:38+0400
2021-08-25T08:38+0400
2021-11-16T20:29+0400
xəbərlər
rusiya
elm
cəmiyyət
hi-tech
dmitri roqozin
eksperiment
maye
hava
oksigen
https://cdnn1.img.sputnik.az/img/40937/40/409374059_0:0:2374:1335_1920x0_80_0_0_361b301efcd13f51b525d80426d1e43f.jpg
BAKI, 25 avqust - Sputnik. "Roskosmos"un baş direktoru Dmitri Roqozin deyib ki, 2017-ci il dekabrın 19-da təşkil olunmuş eksperimentin nəticələrindən 10-15 il sonra kosmonavtları uzun məsafələrə göndərmək üçün istifadə olunacaq. Yəni onlar fantastik filmlərdə gördüyümüz kimi, xüsusi maye ilə dolu kapsullarda uzunmüddətli uçuşları rahatca keçirəcəklər.Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, həmin eksperiment zamanı Nikolas adlı taksa maye ilə dolu akvariuma salınmışdı və su altında nəfəs alırdı.Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır. O vurğulayıb ki, əgər maye ilə nəfəs almaq texnologiyası 21 il əvvəl mövcud olsaydı, o zaman "Kursk" sualtı qayığının heyətini faciəli ölümdən qurtarmaq olardı."Roskosmos" rəhbəri eləcə də təcrübədə istifadə olunan taksanın taleyindən də danışıb. Onun sözlərinə görə, it hazırda onun köməkçisi Artyom Lepesinin yanında yaşayır və motosikldə gəzir. Xatırladaq ki, 2017-ci ilin dekabrında D.Roqozin Serbiyanın prezidenti Aleksandr Vuçiçə yerli texnologiyanı - su altına nəfəs almağa imkan verən oksigen tərkibli mayeni nümayiş etdirmişdi. Bunun üçün taksadan istifadə olunmuşdu. Maye dolu çənə atılan taksa ağciyərləri maye ilə dolanadək çabalayırdı, sonra isə rahatca nəfəs almağa başladı. "Kursk" K-141 atom sualtı qayığı 2000-ci il avqustun 12-də Barens dənizində qəzaya uğrayıb. O zaman 118 nəfər - bütün heyət və qayığa ezam olunmuş "Daqdizel" zavodunun nümayəndəsi həlak olmuşdu. Baş prokurorluğun məlumatına görə, faciəyə səbəb yanacağın komponentlərinin sızması nəticəsində torpedanın partlaması olmuşdu. 23 nəfər hermetik 9-cu bölmədə sağ qalmışdı. Müxtəlif versiyalara görə, onlar bir neçə saatdan iki sutkayadək sağ qala bilərdilər. Ancaq onları nə rusiyalı, nə də əməliyyata cəlb olunmuş xarici mütəxəssislər xilas edə bildilər.Eləcə də oxuyun:"Roskosmos"da vəzifəyə təyin olunanlar yalan detektorundan keçirilirlərKosmosa uçmaq Bezosa baha başa gəldi: O, daha dünyanın ən varlısı deyilİlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülərRusiya kosmik zibilin Yerə düşməsi proqnozunu verən sistem yaratmağı təklif edib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40937/40/409374059_270:0:2050:1335_1920x0_80_0_0_4983dd197592d002ddbb44ccad074d42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, hi-tech, dmitri roqozin, eksperiment, maye, hava, oksigen, kosmos, sualtı qayıq, dünya
xəbərlər, hi-tech, dmitri roqozin, eksperiment, maye, hava, oksigen, kosmos, sualtı qayıq, dünya
Ruslar kosmosa uçmaq üçün yeni texnologiyanı test edirlər: hava əvəzinə maye
08:38 25.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır.
BAKI, 25 avqust - Sputnik. "Roskosmos"un baş direktoru Dmitri Roqozin deyib ki, 2017-ci il dekabrın 19-da təşkil olunmuş eksperimentin nəticələrindən 10-15 il sonra kosmonavtları uzun məsafələrə göndərmək üçün istifadə olunacaq. Yəni onlar fantastik filmlərdə gördüyümüz kimi, xüsusi maye ilə dolu kapsullarda uzunmüddətli uçuşları rahatca keçirəcəklər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, həmin eksperiment zamanı Nikolas adlı taksa maye ilə dolu akvariuma salınmışdı və su altında nəfəs alırdı.
Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır. O vurğulayıb ki, əgər maye ilə nəfəs almaq texnologiyası 21 il əvvəl mövcud olsaydı, o zaman "Kursk" sualtı qayığının heyətini faciəli ölümdən qurtarmaq olardı.
"Roskosmos" rəhbəri eləcə də təcrübədə istifadə olunan taksanın taleyindən də danışıb. Onun sözlərinə görə, it hazırda onun köməkçisi Artyom Lepesinin yanında yaşayır və motosikldə gəzir.
Xatırladaq ki, 2017-ci ilin dekabrında D.Roqozin Serbiyanın prezidenti Aleksandr Vuçiçə yerli texnologiyanı - su altına nəfəs almağa imkan verən oksigen tərkibli mayeni nümayiş etdirmişdi. Bunun üçün taksadan istifadə olunmuşdu. Maye dolu çənə atılan taksa ağciyərləri maye ilə dolanadək çabalayırdı, sonra isə rahatca nəfəs almağa başladı.
"Kursk" K-141 atom sualtı qayığı 2000-ci il avqustun 12-də Barens dənizində qəzaya uğrayıb. O zaman 118 nəfər - bütün heyət və qayığa ezam olunmuş "Daqdizel" zavodunun nümayəndəsi həlak olmuşdu. Baş prokurorluğun məlumatına görə, faciəyə səbəb yanacağın komponentlərinin sızması nəticəsində torpedanın partlaması olmuşdu. 23 nəfər hermetik 9-cu bölmədə sağ qalmışdı. Müxtəlif versiyalara görə, onlar bir neçə saatdan iki sutkayadək sağ qala bilərdilər. Ancaq onları nə rusiyalı, nə də əməliyyata cəlb olunmuş xarici mütəxəssislər xilas edə bildilər.
Kosmosa uçmaq
Bezosa baha başa gəldi: O, daha dünyanın ən varlısı deyil