SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ kosmosda “Rusiyadan gələn təhlükəni” sezib

© Depositphotos.com / Grechka333Метеоритный дождь
Метеоритный дождь  - Sputnik Azərbaycan, 1920, 21.08.2021
Abunə olmaq
Amerikalı general hesab edir ki, Moskva və Pekin lazer və qırıcı-peyklər də daxil olmaqla müasir kosmik silahların hazırlanması istiqamətində işləyirlər.
BAKI, 21 avgust — Sputnik. ABŞ konqresinin tədqiqat xidməti kosmosun hərbiləşdirilməsi ilə bağlı hesabat təqdim edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadn xbər verir ki,həmin hesabatın müəllifləri Rusiya və Çində bu istiqamətdə aparılan tədqiqatların təhlükəli olduğu bildirilir.
“Çin və Rusiya kimi rəqiblər müharibə aparılması konsepsiyalarını öyrəniblər və diqqətlərini kosmik qüvvələr üzərində cəmləşdiriblər”, — deyə hesabatda bildirilir.
Söhbət lazerlərdən, mikrodalğalı və nüvə silahlarından gedir ki, onların da təyinatı kosmosda detonasiya edərək elektromaqnit impulslarının yaradılmasıdır.
Tədqiqatçılar konqres üzvlərinə ABŞ-ın öz peyklərininin mühafizəsi üçün hansı tədbirlərin görülməsinin mümkün olduğunu öyrənməyi məsləhət görüblər.
Moskva Dövlət Universitetinin Franklin Ruzvelt adına ABŞ-ın tədqiqi Fondunun direktoru Yuri Roqulev hesab edir ki, Vaşinqton onsuz da kosmik sahədə müəyyən işləmlər həyata keçirir, lakin hərbi büdcənin artırılması üçün “Rusiya təhlükəsi”nin olması lazımdır.
“Bu və ya digər işlərin aparılmasına haqq qazandırmaq, habelə müxtəlif layihələ maliyyə vəsaiti ayrılması üçün onlar Rusiyanı ittiham edirlər”, — deyə ekspert bildirib və onu da əlavə edib ki, bu cür hesabatlar həmişə “pul qoparmaq” məqsədi daşıyır.
Bir müddət əvəl ABŞ Kosmik qüvvələrinin komandanı HHQ generalı Con Raymond Rusiya və Çinin kosmik silahlar işləyib hazırladığını bildirib.
Amerikalı general hesab edir ki, Moskva və Pekin lazer və qırıcı-peyklər də daxil olmaqla müasir kosmik silahların hazırlanması istiqamətində işləyirlər.
Həmçinin oxuyun:
Rusiyanın yeni X-95 hipersəsli raketi: onun barəsində nə məlumdur
Xəbər lenti
0