https://sputnik.az/20210807/Rusiyann-yeni-X-95-hiperssli-raketi-onun-barsind-n-mlumdur-427645862.html
Rusiyanın yeni X-95 hipersəsli raketi: onun barəsində nə məlumdur
Rusiyanın yeni X-95 hipersəsli raketi: onun barəsində nə məlumdur
Sputnik Azərbaycan
Rusiya yüksək texnoloji silahların hazırlanması və istehsalı sahəsində Qərbdən uzaqlaşır. X-95 uzun məsafəli aviasiya hipersəsli raketi texnoloji və hərbi... 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T21:59+0400
2021-08-07T21:59+0400
2021-08-07T21:59+0400
xəbərlər
təhlil
https://cdnn1.img.sputnik.az/img/42243/96/422439673_0:122:3209:1927_1920x0_80_0_0_a608a94f5cbcd494ca8eb778a3518ff8.jpg
Avqustun əvvəlində RF Müdafiə Nazirliyinin "Voennaya Mısl" jurnalında RF Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi Vladimir Zarudnitski ən yeni hipersəsli X-95 raketinin "sirrini açıqlayıb". Hərbçinin məqaləsi aerokosmik sahədə zərbə və qırıcı aviasiyanın tətbiqi ilə əldə olunan hökmranlığa həsr edilib. Bu işdə həlledici rolu yüksək dəqiqlikli uzun məsafəli hava bazalı raketlər, xüsusən də hipersəsli raketlər oynayır. Əgər Х-95 raketi haqqında bu səviyyədə danışılırsa, demək, o yetərincə hazırdır.Х-95 uzun məsafəli yüksək dəqiqlikli hipersəs raketi, Tu-22M3M və Tu-160M bombardmançılarının döyüş imkanlarını genişləndirmək, həmçinin uzun məsafəli perspektivli aviasiya kompleksi (UM PAK) üçün nəzərdə tutulub. RİA Novosti-nin mənbəyinin məlumatına görə, X-95 məhsulunun prototipləri artıq bir hava daşıyıcısından sınaqdan keçirilib (https://ria.ru/20210803/raketa-1744090197.html)Yeni təyyarə raketinin texniki xüsusiyyətləri açıqlanlmır, lakin məlumdur ki, MIG-31K daşıyıcısının döyüş radiusu istisna X-47M "Xəncər" hipersəsli raketi 12 Max sürətə və 2000 km-dən çox uçuş məsafəsinə malikdir ("Xəncər" hipersəsli raket sistemi 2018-ci ildə istismara qəbul edilib).Güman etmək olar ki, ən yeni X-95 daha sürətli və daha da irəli uçacaq. 5000 km isə onun üçün hədd deyil. Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hipersəsli silahları üçün əsas tələblərindən biri düşmənin strateji obyektlərini buraxılış xəttindən ən azı 5500 km məsafədə vurmaq qabiliyyətidir. Bu Rusiya Hava Kosmik Qüvvələri (HKQ) təyyarələrinin F-22 tipli raketlərin və HƏM-RƏM sistemlərinin fəaliyyət zonasından kənarda qalması üçün vacibdir. Düşünürəm ki, perspektivli orta məsafəli raketlər general Zarudnitski uçün daha az maraq kəsb edərdi.Bu gün Uzaq aviasiyanın Tu-160 və Tu-95MC təyyarələri, 5500 km-ə qədər uçuşa malik olan müasir qanadlı X-101 (və termonüvə başlıqlı X-102-lərlə) raketləri ilə silahlandırılıb (https://sputnik.by/20191129/Rossiya-vozobnovila-proizvodstvo-strategicheskikh-raketonostsev-Tu-160M-1043337405.html). Dünyada bunların heç bir analoqu yoxdur, lakin gözə çarpmayan X-101 yenə də şərti düşmənin raketdən müdafiə vasitələri tərəfindən ələ keçirilə bilər. Hipersəsli raketlər bütün mövcud və perspektivli hava və raket hücumundan müdafiə sistemləri üçün, demək olar ki, əlçatmazdır.Yüksək texnologiyalı bir düşmənlə hipotetik döyüşdə uzun məsafəli X-95 raketi qələbə üçün əhəmiyyətli faktor olacaq.Optimist trayektoriyaYeni nəsil X-95 hipersəsli raketlərin strateji daşıyıcılarıa problemi olmayacaq. Hətta "əbədi" Tu-95MS istisna olmaqla, bu gün Rusiya Hava Kosmik Qüvvələrinin sıralarında 16 Tu-160 raket daşıyıcısı var. Tədricən "Ağ qu quşları" Tu-160M səviyyəsinədək modernləşdirilir, 2200 km/saat sürətə çatmağa imkan verən ikinci seriyalı NK-32 mühərrikləri ilə yenidən təchiz edilir.50-ə yaxın yenilənmiş Tu-160M-nin Kazan təyyarə zavodunda tikilməsi planlaşdırılır. UM PAK-ın seriyalı istehsalı 2028–2029-cu illərdə başlayacaq.RF müdafiə naziri Sergey Şoyqu hipersəs komplekslərini qeyri-nüvə cilovlama qüvvələrinin əsası adlandırmışdı. Fevral ayında, Rusiyada beşinci nəsil Su-57 qırıcıları üçün yeni "Qremlin" hipersəsli raketinin yaradılması barədə məlumat yayıldı ("Qremlin"in sınaqları 2023-cü ilə planlaşdırılır). Rusiya hipersəs raketlərinin miqdarı və keyfiyyəti həmişə xarici təhdidlərə uyğun olacaq.Rusiya hipersəs silahları – "Avanqard" (Strateji Raket Qüvvələri), "Xəncər" (HKQ) və "Sirkon" (HDD) raketləri işlək vəziyyətdədir və Pentaqonun və NATO-nun ən qızmar başlarını səmərəli şəkildə soyudur."Sirkon" dəniz bazalı hipersəsli raketlər dövlət sınaqlarını uğurla başa vurur və tezliklə 22350 layihəsinin freqatları, ən yeni "Yasen-M" 885M layihəsinin çoxməqsədli sualtı qayıqları, modernləşdirilmiş "Admiral Naximov" raket kreyseri ilə xidmətə başlayacaqlar.Hipersəsli silahların hazırlanması və istehsalın sahəsində Rusiya liderdir. Buna bənzər bir şey, yəni, 10 Max sürətinə çata bilən DF-17 orta məsafəli raket (2500 km-ə qədər) 2019-cu ildən etibarən yalnız Çində var.Buna görə də X-95 haqqında məlumat bir çox ölkələrdə rezonans doğurub. Bu fonda Pentaqon rusların hipersəs silahlarından gələn təhlükəyə qarşı Konqresdən əlavə maliyyə tələb edib. Aydındır ki, hipersəs sürətinə nail olmaq üçün 740 milyard dollarlıq hərbi büdcə artıq yetərli deyil. Vaşinqton həll yolları axtararaq yaradıcı manevr edir və hipersonik silahların beynəlxalq konvensiyalarla qadağan olunmasını təklif edir."Tərəfdaşlar" çatmırlarİllik milyardlarla dollarlıq silahlanma xərclərinə baxmayaraq, ABŞ hipersəsli texnologiyalar yarışında Rusiyaya çata bilmir.Bu yaxınlarda aviasiya raketinin prototipi olan "AGM-183A Air-Launched Rapid Response Weapon"un sınaqları zamanı o, Cənubi Kaliforniya sahillərində bombardmançıdan ayrılıb, lakin reaktiv dartıcı işə düşməyib. Digər mənbələrə görə, buraxılışdan dərhal sonra reaktiv mühərrik alovlanıb və "raket hədəfi vura bilməyib".Hipersəsli prototipin uğursuz sınağının səbəblərini öyrənmək üçün xüsusi bir komissiya yaradılıb. Bu tip qəzalar (raket yanacağının bütün həcminin partlaması) daşıyıcı üçün ciddi təhlükə yaradır. "AGM-183A"nın vəziyyətində isə bu "B-52H Stratofortress" bombardmançısı idi.Bir sıra uğursuz sınaqlar, hazırda Hava Qüvvələri üçün yeganə olan hipersəsli "ARRW" layihəsini bütövlükdə təhlükəyə atır.ABŞ Hərbi Hava Qüvvələrinin silahlanma proqramının icraçı direktoru general Hit Kollinz, avqustun 4-də bildirib ki, 2022-ci maliyyə ilinin sonuna qədər hava bazalı hipersonik raketin istehsalına başlanması 28 iyulda ilk uçuşu edə bilməməsi ilə bağlı problemin sürətli həllindən asılıdır.Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri 2022-ci il büdcə ili üçün "12 AGM-183A" raketinin (ARRW) yaradılması üçün 161 milyon dollar tələb edib. ABŞ-ın hərbi büdcəsinə 3,2 milyard dollar həcmində hipersəs tədqiqat xərcləri daxildir. Aydındır ki, böyük pullar avtomatik olaraq hipersəs sahəsində böyük uğurlarla əlaqələndirilmir.Amerikalılar, perspektivli "ARRW" layihəsi görə 2020-ci ilin fevral ayında bahalı "HCSW" hipersonik proqramından (Pentaqonun hipersəs texnologiyalarının inkişafında pioner olan 928 milyon dollarlıq "Lockheed Martin" müqaviləsi) imtina ediblər. Ola bilsin, dramın üçüncü aktına keçməyin vaxtı gəlib.Amerika Birləşmiş Ştatlarında hipersəsli raketlərin yaradılması üçün təxminən səkkiz ayrı proqram üzərində işləyirlər, lakin hələ heç bir fəaliyyət göstərən məhsul yaratmayıblar, hətta "iş vəziyyətinə yaxın belə deyillər". ABŞ Konqresinin Tədqiqat Xidmətinin hipersəsli silahların hazırlanması ilə bağlı hesabatında yaranmış narahatlıq doğurucu vəziyyət, Rusiya və Çindən bir neçə il geridə qalması vurğulanıb.Подписывайтесь на канал военного обозревателя Александра Хроленко в Telegram https://t.me/AKhrolenko
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42243/96/422439673_239:0:2970:2048_1920x0_80_0_0_454856aea82414269e5d364f5a710080.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
Rusiyanın yeni X-95 hipersəsli raketi: onun barəsində nə məlumdur
Rusiya yüksək texnoloji silahların hazırlanması və istehsalı sahəsində Qərbdən uzaqlaşır. X-95 uzun məsafəli aviasiya hipersəsli raketi texnoloji və hərbi üstünlüyün daha bir əhəmiyyətli sübutudur.
Avqustun əvvəlində RF Müdafiə Nazirliyinin "Voennaya Mısl" jurnalında RF Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi Vladimir Zarudnitski ən yeni hipersəsli X-95 raketinin "sirrini açıqlayıb". Hərbçinin məqaləsi aerokosmik sahədə zərbə və qırıcı aviasiyanın tətbiqi ilə əldə olunan hökmranlığa həsr edilib. Bu işdə həlledici rolu yüksək dəqiqlikli uzun məsafəli hava bazalı raketlər, xüsusən də hipersəsli raketlər oynayır. Əgər Х-95 raketi haqqında bu səviyyədə danışılırsa, demək, o yetərincə hazırdır.
Х-95 uzun məsafəli yüksək dəqiqlikli hipersəs raketi, Tu-22M3M və Tu-160M bombardmançılarının döyüş imkanlarını genişləndirmək, həmçinin uzun məsafəli perspektivli aviasiya kompleksi (UM PAK) üçün nəzərdə tutulub. RİA Novosti-nin mənbəyinin məlumatına görə, X-95 məhsulunun prototipləri artıq bir hava daşıyıcısından sınaqdan keçirilib (https://ria.ru/20210803/raketa-1744090197.html)
Yeni təyyarə raketinin texniki xüsusiyyətləri açıqlanlmır, lakin məlumdur ki, MIG-31K daşıyıcısının döyüş radiusu istisna X-47M "Xəncər" hipersəsli raketi 12 Max sürətə və 2000 km-dən çox uçuş məsafəsinə malikdir ("Xəncər" hipersəsli raket sistemi 2018-ci ildə istismara qəbul edilib).
Güman etmək olar ki, ən yeni X-95 daha sürətli və daha da irəli uçacaq. 5000 km isə onun üçün hədd deyil. Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hipersəsli silahları üçün əsas tələblərindən biri düşmənin strateji obyektlərini buraxılış xəttindən ən azı 5500 km məsafədə vurmaq qabiliyyətidir. Bu Rusiya Hava Kosmik Qüvvələri (HKQ) təyyarələrinin F-22 tipli raketlərin və HƏM-RƏM sistemlərinin fəaliyyət zonasından kənarda qalması üçün vacibdir. Düşünürəm ki, perspektivli orta məsafəli raketlər general Zarudnitski uçün daha az maraq kəsb edərdi.
Bu gün Uzaq aviasiyanın Tu-160 və Tu-95MC təyyarələri, 5500 km-ə qədər uçuşa malik olan müasir qanadlı X-101 (və termonüvə başlıqlı X-102-lərlə) raketləri ilə silahlandırılıb (https://sputnik.by/20191129/Rossiya-vozobnovila-proizvodstvo-strategicheskikh-raketonostsev-Tu-160M-1043337405.html). Dünyada bunların heç bir analoqu yoxdur, lakin gözə çarpmayan X-101 yenə də şərti düşmənin raketdən müdafiə vasitələri tərəfindən ələ keçirilə bilər. Hipersəsli raketlər bütün mövcud və perspektivli hava və raket hücumundan müdafiə sistemləri üçün, demək olar ki, əlçatmazdır.
Yüksək texnologiyalı bir düşmənlə hipotetik döyüşdə uzun məsafəli X-95 raketi qələbə üçün əhəmiyyətli faktor olacaq.
Yeni nəsil X-95 hipersəsli raketlərin strateji daşıyıcılarıa problemi olmayacaq. Hətta "əbədi" Tu-95MS istisna olmaqla, bu gün Rusiya Hava Kosmik Qüvvələrinin sıralarında 16 Tu-160 raket daşıyıcısı var. Tədricən "Ağ qu quşları" Tu-160M səviyyəsinədək modernləşdirilir, 2200 km/saat sürətə çatmağa imkan verən ikinci seriyalı NK-32 mühərrikləri ilə yenidən təchiz edilir.
50-ə yaxın yenilənmiş Tu-160M-nin Kazan təyyarə zavodunda tikilməsi planlaşdırılır. UM PAK-ın seriyalı istehsalı 2028–2029-cu illərdə başlayacaq.
RF müdafiə naziri Sergey Şoyqu hipersəs komplekslərini qeyri-nüvə cilovlama qüvvələrinin əsası adlandırmışdı. Fevral ayında, Rusiyada beşinci nəsil Su-57 qırıcıları üçün yeni "Qremlin" hipersəsli raketinin yaradılması barədə məlumat yayıldı ("Qremlin"in sınaqları 2023-cü ilə planlaşdırılır). Rusiya hipersəs raketlərinin miqdarı və keyfiyyəti həmişə xarici təhdidlərə uyğun olacaq.
Rusiya hipersəs silahları – "Avanqard" (Strateji Raket Qüvvələri), "Xəncər" (HKQ) və "Sirkon" (HDD) raketləri işlək vəziyyətdədir və Pentaqonun və NATO-nun ən qızmar başlarını səmərəli şəkildə soyudur.
"Sirkon" dəniz bazalı hipersəsli raketlər dövlət sınaqlarını uğurla başa vurur və tezliklə 22350 layihəsinin freqatları, ən yeni "Yasen-M" 885M layihəsinin çoxməqsədli sualtı qayıqları, modernləşdirilmiş "Admiral Naximov" raket kreyseri ilə xidmətə başlayacaqlar.
Hipersəsli silahların hazırlanması və istehsalın sahəsində Rusiya liderdir. Buna bənzər bir şey, yəni, 10 Max sürətinə çata bilən DF-17 orta məsafəli raket (2500 km-ə qədər) 2019-cu ildən etibarən yalnız Çində var.
Buna görə də X-95 haqqında məlumat bir çox ölkələrdə rezonans doğurub. Bu fonda Pentaqon rusların hipersəs silahlarından gələn təhlükəyə qarşı Konqresdən əlavə maliyyə tələb edib. Aydındır ki, hipersəs sürətinə nail olmaq üçün 740 milyard dollarlıq hərbi büdcə artıq yetərli deyil. Vaşinqton həll yolları axtararaq yaradıcı manevr edir və hipersonik silahların beynəlxalq konvensiyalarla qadağan olunmasını təklif edir.
İllik milyardlarla dollarlıq silahlanma xərclərinə baxmayaraq, ABŞ hipersəsli texnologiyalar yarışında Rusiyaya çata bilmir.
Bu yaxınlarda aviasiya raketinin prototipi olan "AGM-183A Air-Launched Rapid Response Weapon"un sınaqları zamanı o, Cənubi Kaliforniya sahillərində bombardmançıdan ayrılıb, lakin reaktiv dartıcı işə düşməyib. Digər mənbələrə görə, buraxılışdan dərhal sonra reaktiv mühərrik alovlanıb və "raket hədəfi vura bilməyib".
Hipersəsli prototipin uğursuz sınağının səbəblərini öyrənmək üçün xüsusi bir komissiya yaradılıb. Bu tip qəzalar (raket yanacağının bütün həcminin partlaması) daşıyıcı üçün ciddi təhlükə yaradır. "AGM-183A"nın vəziyyətində isə bu "B-52H Stratofortress" bombardmançısı idi.
Bir sıra uğursuz sınaqlar, hazırda Hava Qüvvələri üçün yeganə olan hipersəsli "ARRW" layihəsini bütövlükdə təhlükəyə atır.
ABŞ Hərbi Hava Qüvvələrinin silahlanma proqramının icraçı direktoru general Hit Kollinz, avqustun 4-də bildirib ki, 2022-ci maliyyə ilinin sonuna qədər hava bazalı hipersonik raketin istehsalına başlanması 28 iyulda ilk uçuşu edə bilməməsi ilə bağlı problemin sürətli həllindən asılıdır.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri 2022-ci il büdcə ili üçün "12 AGM-183A" raketinin (ARRW) yaradılması üçün 161 milyon dollar tələb edib. ABŞ-ın hərbi büdcəsinə 3,2 milyard dollar həcmində hipersəs tədqiqat xərcləri daxildir. Aydındır ki, böyük pullar avtomatik olaraq hipersəs sahəsində böyük uğurlarla əlaqələndirilmir.
Amerikalılar, perspektivli "ARRW" layihəsi görə 2020-ci ilin fevral ayında bahalı "HCSW" hipersonik proqramından (Pentaqonun hipersəs texnologiyalarının inkişafında pioner olan 928 milyon dollarlıq "Lockheed Martin" müqaviləsi) imtina ediblər. Ola bilsin, dramın üçüncü aktına keçməyin vaxtı gəlib.
Amerika Birləşmiş Ştatlarında hipersəsli raketlərin yaradılması üçün təxminən səkkiz ayrı proqram üzərində işləyirlər, lakin hələ heç bir fəaliyyət göstərən məhsul yaratmayıblar, hətta "iş vəziyyətinə yaxın belə deyillər". ABŞ Konqresinin Tədqiqat Xidmətinin hipersəsli silahların hazırlanması ilə bağlı hesabatında yaranmış narahatlıq doğurucu vəziyyət, Rusiya və Çindən bir neçə il geridə qalması vurğulanıb.
Подписывайтесь на канал военного обозревателя Александра Хроленко в Telegram https://t.me/AKhrolenko