23:12 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
RUSİYA
Qısa URL
86 0 0

Bundan əvvəl 22 nəfərin xəsarət aldığı bildirilirdi. Daha sonra xəsarət alanlardan iki qadının reanimasiyada vəfat etdiyi barədə məlumat verildi. Üç nəfərin vəziyyəti çox ağır kimi qiymətləndirilir.

 

BAKI, 14 avqust — Sputnik. Rusiyanın Voronej şəhərində avtobusun partlaması nəticəsində xəsarət alanların sayı 24-dək yüksəlib. Bu barədə eyniadlı vilayətin qubernatoru Aleksandr Qusev özünün Telegram-kanalında yazıb.

"Daha iki nəfər tibbi yardım üçün müraciət edib: biri orta-ağır vəziyyətdədir, ikincisi kömək göstərildikdən sonra xəstəxanaya getməkdən imtina edib", - yazan qubernator hazırda xəstəxanada 16 nəfərin qaldığını əlavə edib.

Bundan əvvəl 22 nəfərin xəsarət aldığı bildirilirdi. Daha sonra xəsarət alanlardan iki qadının reanimasiyada vəfat etdiyi barədə məlumat verildi. Üç nəfərin vəziyyəti çox ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, içərisində 35 sərnişin olan PAZ markalı marşrut avtobusu avqustun 12-də, axşam Voronejin mərkəzindəki "Qalereya Çijova" ticarət mərkəzinin yaxınlığında partlayıb. Hadisə üzrə Rusiya İstintaq Komitəsi çinayət işi açıb. RİK rəhbəri Aleksandr Bastrıkin Voronejə müstəntiqləri göndərib, istintaq bu qurumun mərkəzi aparatında nəzarətə götürülüb.

Rusiya Milli Antiterror Komitəsində qeyd ediblər ki, insidentin baş verməsinin bir neçə versiyası üzərində iş gedir.

Eləcə də oxuyun:

Teqlər:
Rusiya, Voronej, partlayış, avtobus, ölənlər və yaralılar

Əsas mövzular