https://sputnik.az/20210814/Voronejd-avtobusun-partlamas-nticsind-yaralananlarn-say-artb-427695323.html
Voronejdə avtobusun partlaması nəticəsində yaralananların sayı artıb
Voronejdə avtobusun partlaması nəticəsində yaralananların sayı artıb
Sputnik Azərbaycan
Bundan əvvəl 22 nəfərin xəsarət aldığı bildirilirdi. Daha sonra xəsarət alanlardan iki qadının reanimasiyada vəfat etdiyi barədə məlumat verildi. Üç nəfərin... 14.08.2021, Sputnik Azərbaycan
2021-08-14T11:48+0400
2021-08-14T11:48+0400
2021-11-16T20:28+0400
xəbərlər
rusiya
voronej
partlayış
avtobus
ölənlər və yaralılar
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427688528_0:102:992:662_1920x0_80_0_0_717b4309ecf67015a0222900e5de3d50.jpg
BAKI, 14 avqust — Sputnik. Rusiyanın Voronej şəhərində avtobusun partlaması nəticəsində xəsarət alanların sayı 24-dək yüksəlib. Bu barədə eyniadlı vilayətin qubernatoru Aleksandr Qusev özünün Telegram-kanalında yazıb."Daha iki nəfər tibbi yardım üçün müraciət edib: biri orta-ağır vəziyyətdədir, ikincisi kömək göstərildikdən sonra xəstəxanaya getməkdən imtina edib", - yazan qubernator hazırda xəstəxanada 16 nəfərin qaldığını əlavə edib.Bundan əvvəl 22 nəfərin xəsarət aldığı bildirilirdi. Daha sonra xəsarət alanlardan iki qadının reanimasiyada vəfat etdiyi barədə məlumat verildi. Üç nəfərin vəziyyəti çox ağır kimi qiymətləndirilir.Xatırladaq ki, içərisində 35 sərnişin olan PAZ markalı marşrut avtobusu avqustun 12-də, axşam Voronejin mərkəzindəki "Qalereya Çijova" ticarət mərkəzinin yaxınlığında partlayıb. Hadisə üzrə Rusiya İstintaq Komitəsi çinayət işi açıb. RİK rəhbəri Aleksandr Bastrıkin Voronejə müstəntiqləri göndərib, istintaq bu qurumun mərkəzi aparatında nəzarətə götürülüb.Rusiya Milli Antiterror Komitəsində qeyd ediblər ki, insidentin baş verməsinin bir neçə versiyası üzərində iş gedir.Eləcə də oxuyun:
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427688528_0:38:992:662_1920x0_80_0_0_7410afed83d352a9f1cee419a28301c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, voronej, partlayış, avtobus, ölənlər və yaralılar, dünya
xəbərlər, voronej, partlayış, avtobus, ölənlər və yaralılar, dünya
Voronejdə avtobusun partlaması nəticəsində yaralananların sayı artıb
11:48 14.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Bundan əvvəl 22 nəfərin xəsarət aldığı bildirilirdi. Daha sonra xəsarət alanlardan iki qadının reanimasiyada vəfat etdiyi barədə məlumat verildi. Üç nəfərin vəziyyəti çox ağır kimi qiymətləndirilir.
BAKI, 14 avqust — Sputnik. Rusiyanın Voronej şəhərində avtobusun partlaması nəticəsində xəsarət alanların sayı 24-dək yüksəlib. Bu barədə eyniadlı vilayətin qubernatoru Aleksandr Qusev özünün Telegram-kanalında yazıb.
"Daha iki nəfər tibbi yardım üçün müraciət edib: biri orta-ağır vəziyyətdədir, ikincisi kömək göstərildikdən sonra xəstəxanaya getməkdən imtina edib", - yazan qubernator hazırda xəstəxanada 16 nəfərin qaldığını əlavə edib.
Bundan əvvəl 22 nəfərin xəsarət aldığı bildirilirdi. Daha sonra xəsarət alanlardan iki qadının reanimasiyada vəfat etdiyi barədə məlumat verildi. Üç nəfərin vəziyyəti çox ağır kimi qiymətləndirilir.
Xatırladaq ki, içərisində 35 sərnişin olan PAZ markalı marşrut avtobusu avqustun 12-də, axşam Voronejin mərkəzindəki "Qalereya Çijova" ticarət mərkəzinin yaxınlığında partlayıb. Hadisə üzrə Rusiya İstintaq Komitəsi çinayət işi açıb. RİK rəhbəri Aleksandr Bastrıkin Voronejə müstəntiqləri göndərib, istintaq bu qurumun mərkəzi aparatında nəzarətə götürülüb.
Rusiya Milli Antiterror Komitəsində qeyd ediblər ki, insidentin baş verməsinin bir neçə versiyası üzərində iş gedir.