22:39 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
RUSİYA
Qısa URL
3110

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə Voronejə Kriminalistika Baş İdarəsinin kriminalistləri və mərkəzi aparatın müstəntiqləri göndəriliblər.

BAKI, 13 avqust - Sputnik. Rusiyanın Voronej şəhərində marşrut avtobusunun partlaması nəticəsində xəsarət alanların sayı 16-ya çatıb. Onlardan bir nəfər qadın keçinib.

---------

00:52

Rusiyanın Voronej şəhərində avtobus partlaması nəticəsində 12 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şəhərin "Çijov qalereyası" ticarət mərkəzinin yanında PAZ markalı avtobus partlayıb. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. 

"Xəsarət alanların sayı dəqiqləşdirilir. Cinayət işi açılıb. İstintaqın gedişini İstintaq Komitəsinin sədri və mərkəzi aparat nəzarətdə saxlayırlar", - İK-nın rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə Voronejə Kriminalistika Baş İdarəsinin kriminalistləri və mərkəzi aparatın müstəntiqləri göndəriliblər.

Teqlər:
Rusiya, avtobus, partlayış, xəsarət alanlar

Əsas mövzular